Icma.az
close
up
RU
İtkin düşəndən sonra nəşi tapılan əsgərin qətli ilə bağlı rəis də məsuliyyətə cəlb edilib

İtkin düşəndən sonra nəşi tapılan əsgərin qətli ilə bağlı rəis də məsuliyyətə cəlb edilib

Naxçıvanda itkin düşdükdən sonra nəşi tapılan əsgər Ceyhun Hüseynovun qətli ilə bağlı həbs edilən komandirinin ibtidai istintaqı tamamlanıb.

Ölkə.az xəbər verir ki, "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, istintaqın gedişində komandir polkovnik Samir Həziyevdən əlavə, hərbi hissənin tibb xidməti rəisi Aydın Quliyev də cinayət məsuliyyətinə cəlb edilib.

Onlara qarşı Cinayət Məcəlləsinin 341.2.3-cü (vəzifə səlahiyyətlərini aşma bir qrup şəxs tərəfindən ağır nəticələrə səbəb olduqda) maddəsi ilə yekun ittiham verilib.

Cinayət işi baxılması üçün məhkəməyə göndərilib.

Qeyd edək ki, C.Hüseynov 2016-cı ildə Akademik Zərifə Əliyeva adına liseyi qızıl medalla bitirib və 627 bal toplayaraq ADA Universitetinə qəbul olunub. Bu il iyunun 9-da naməlum şəraitdə itkin düşmüş hərbi qulluqçumuzun nəşi iki gün sonra səhər saatlarında tapılıb.

Fotoda: Aydın Quliyev

seeBaxış sayı:90
embedMənbə:https://olke.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri