Ceyhunun qətli ilə bağlı rəis də məsuliyyətə cəlb edilib
Naxçıvanda itkin düşdükdən sonra qətlə yetirilmiş vəziyyətdə tapılan əsgər Ceyhun Hüseynovun ölümü ilə bağlı həbs edilən komandirinin ibtidai istintaqı tamamlanıb.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, istintaqın gedişində komandir polkovnik Samir Həziyevdən əlavə, hərbi-hissənin tibb xidməti rəisi Aydın Quliyev də cinayət məsuliyyətinə cəlb edilib.
Onlara qarşı Cinayət Məcəlləsinin 341.2.3-cü (vəzifə səlahiyyətlərini aşma-bir qrup şəxs tərəfindən ağır nəticələrə səbəb olduqda) maddəsi ilə yekun ittiham verilib.
Cinayət işi baxılması üçün məhkəməyə göndərilib.
Sail Ağasəlim
Baxış sayı:42
Mənbə:https://qafqazinfo.az