Icma.az
close
up
RU
İtkin düşmüş şəxslərin müəyyən edilməsində çox ciddi nəticələr əldə edilib DTX rəsmisi

İtkin düşmüş şəxslərin müəyyən edilməsində çox ciddi nəticələr əldə edilib DTX rəsmisi

Icma.az, Unikal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası ilə Beynəlxalq Qızıl Xaç Komitəsi arasında 2008-ci il aprelin 14-də imzalanmış Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı itkin düşmüş şəxslər haqqında antemortem məlumatlar toplanması və mərkəzləşdirilmiş şəkildə idarə olunması üzrə Çərçivə sazişi əsasında münaqişə dövründə itkin düşmüş, eləcə də girov götürülmüş şəxslərin ailə üzvlərindən və yaxın qohumlarından 2014-cü ildən başlayaraq 11 mindən artıq bioloji nümunə toplanılıb. Bioloji materialların mənsubluğunun müəyyən edilməsi üçün aparılan sorğu axtarış işləri üzrə tədbirlərdə istifadə olunması məqsədilə həmin nümunələr əsasında DNT profilləri əldə olunaraq sistemləşdirilib və məlumat bankına daxil edilib. 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan 44 günlük Vətən müharibəsində qazanılan parlaq Qələbədən, eləcə də 2023-cü ilin sentyabr ayında həyata keçirilən antiterror əməliyyatlarından sonra itkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi üçün yeni imkanlar açılıb. Azərbaycana qarşı hərbi təcavüz nəticəsində, o cümlədən ərazilərin işğaldan azad olunması dövründə xəbərsiz itkin düşmüş şəxslərin aşkar edilmiş naməlum meyitlərin genetik identifikasiyası işinin daha səmərəli təşkili, eləcə də prosesin sürətləndirilməsi məqsədilə Dövlət Komissiyasının sədri, general-polkovnik Əli Nağıyevin müraciəti əsasında Prezident İlham Əliyevin 2022-ci ildə imzaladığı Sərəncamla dövlət büdcəsindən vəsait ayrılıb və Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-tibb baş idarəsinin Genetik Araşdırmalar Mərkəzi dünya standartlarına uyğun müasir avadanlıq və cihazlarla təchiz edilib. Qeyd etmək istərdim ki, genetik identifikasiya tədbirləri üzrə bütün xərclər Azərbaycanın dövlət büdcəsindən ayrılan vəsait hesabına ödənilir.

"Unikal" xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-tibb baş idarəsinin rəisi, tibb xidməti general-mayoru Rüfət Əliyev “İtkin düşmüş şəxslər probleminin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi” mövzusunda Bakıda keçirilən beynəlxalq konfrans çərçivəsində "İtkin düşmüş şəxslərin axtarışı üzrə milli təcrübələr: itkin düşmüş şəxslərin qalıqlarının tapılması və bərpası, həmçinin məhkəmə-tibbi identifikasiya ilə bağlı irəliləyişlər və çətinliklər" sessiyasında çıxışı zamanı bildirib.

O deyib ki, 2022-ci ildə dövlət genom qeydiyyatına dair milli qanunvericilik bazasında aparılmış dəyişikliklərə əsasən hərbi təcavüz nəticəsində xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumlarından bioloji nümunələrin götürülməsi, DNT analizlərinin aparılması, profillərin əldə edilməsi və məlumat bankının saxlanılması Dövlət Təhlükəsizliyi Xidmətinə həvalə edilib. Aşkar edilmiş skelet qalıqlarından götürülmüş bioloji materiallar Baş Prokurorluğun qərarına əsasən Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi tərəfindən Hərbi-tibb baş İdarəsinə göndərilir. “Laboratoriyamızda həmin bioloji materiallardan genetik tədqiqatlarla əvvəlcə DNT nümunəsi çıxarılır, genotipləndirmə analizləri aparılır və məlumat bankında toplanmış istinad profillərinin müqayisəli təhlili əsasında şəxsiyyətin kimliyi müəyyən edilir. İtkin düşmüş şəxslərin şəxsiyyətinin müəyyən edilməsində məhkəmə genetik tədqiqatların kritik əhəmiyyəti və mürəkkəblik faktorları nəzərə alınaraq tərəfimizdən qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsinə və təhlilinə xüsusi önəm verilir. Dünya miqyasında ən uğurlu layihə hesab edilən ICMP-nin standart əməliyyat prosedurları əsas götürülərək protokol yaradılıb. 2024-cü ilin may ayında Genetik Araşdırmalar Mərkəzi Beynəlxalq Məhkəmə Genetika Cəmiyyətinin təşkilatçılığı ilə Oslo Universitetinin Məhkəmə Ekspertiza Departamenti və İsveçin Milli Məhkəmə Ekspertizası Qurumu tərəfindən qiymətləndirmədən müvəffəqiyyətlə keçib. Ötən il oktyabrın 31-də isə Beynəlxalq Standartlaşdırma Təşkilatı tərəfindən isə ISO-17025 standartına uyğun olaraq akkreditasiya olunub və sertifikatlaşdırılıb. Genetik mütəxəssislərimiz bilik və bacarıqlarını inkişaf etdirmək məqsədilə Kipr, Avstraliya, Türkiyə, İsveçrə, Rumıniya, eləcə də Bakı şəhərində və respublikamızın digər bölgələrində keçirilən konfrans, təlim və treninqlərdə iştirak ediblər. Bu, onların məhkəmə genetik tədqiqatları sahəsində təcrübə və biliklərini daha da zəngin edib”, - deyə o vurğulayıb.

Rüfət Əliyev diqqətə çatdırıb ki, Dövlət Komissiyası tərəfindən itkin düşmüş şəxslərin axtarılması işinin səmərəliliyinin artırılması, dövlət orqanları ilə ictimai və beynəlxalq təşkilatların fəaliyyətinin düzgün əlaqələndirilməsi, həmçinin identifikasiya prosesinin digər iştirakçıları ilə koordinasiyanın operativ şəkildə təmin edilməsi ilə itkin düşmüş şəxslərin müəyyən edilməsində son dövrlər çox ciddi nəticələr əldə etmək mümkün olub:”Qeyd edilməlidir ki, son dərəcədə həssas və prinsipial mövzu olan, xəbərsiz itkin düşmüş soydaşlarımızın taleyinə aydınlıq gətirilməsi, onların ailələrinə məlumatın verilməsi prosesi Dövlət Komissiyasının və dövlət qurumlarının gərgin və effektiv işi hesabına aparılır. İtkin düşmüş şəxslərin axtarışında genetik tədqiqat məsələlərinə dair Dövlət Təhlükəsizliyi Xidmətinə həvalə edilmiş vəzifələrin icrasında Hərbi-tibb baş idarəsi müasir tibbi texnoloji imkanları ilə genetik mütəxəssislərin peşəkar yanaşması bundan sonra da səylərini əsirgəməyəcək və itkin düşmüş sonuncu şəxsin taleyi müəyyən edilənədək tərəfimizdən proses davam etdiriləcək. Əminəm ki, hazırkı dövrdə dünyada baş verən münaqişələr fonunda itkin düşmüş şəxslər üzrə Bakı Dialoqu formatı beynəlxalq humanitar missiyanın mühüm elementi kimi qarşılıqlı əməkdaşlığın daha da güclənməsi işinə öz müsbət töhfəsini verəcək".


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:69
embedMənbə:https://unikal.az
archiveBu xəbər 09 Oktyabr 2025 18:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nəticəsiz işə “yenilik” demək ayıbdır... Ekspertdən AYNA ya sərt reaksiya

08 Oktyabr 2025 15:59see211

Bakı yenidən qurulur Söküntü olacaq

08 Oktyabr 2025 00:14see189

Hadise saxlanılmasından danışıb ağladı Həyatımda ilk dəfə dəhşət içində oyandım VİDEO

09 Oktyabr 2025 01:25see145

“36 min ödəmişəm, anamı da xəstəxanada öldürüblər” FOTO

08 Oktyabr 2025 01:19see141

Payızda ailəvi tətillər üçün ən yaxşı beş şəhər

09 Oktyabr 2025 10:37see140

Makron pis vəziyyətə düşdü Parlamenti buraxır

08 Oktyabr 2025 06:15see136

Ofelyaya əri bahalı maşın ALDI

08 Oktyabr 2025 18:46see135

Ata olmaq istəyənlərin nəzərinə! Bu vərdişlərdən uzaq durun...

08 Oktyabr 2025 07:07see134

İsrail və HƏMAS sülh planı ilə bağlı tarixi razılaşma imzaladı

09 Oktyabr 2025 04:12see133

Meloni məhkəməyə verildi

08 Oktyabr 2025 01:14see127

Ağ, sarı, qırmızı yoxsa yaşıl: Hansı soğan ən faydalıdır?

09 Oktyabr 2025 03:03see126

Qəzzada Türkiyənin mövqeyi nəzərə alınmadan sülh mümkün deyil

08 Oktyabr 2025 18:55see126

İnək südündən 10 dəfə daha faydalı: Sümükləri möhkəmləndirir...

09 Oktyabr 2025 04:06see123

Rusların Baxmutdakı qərargahını məhv edilib...

08 Oktyabr 2025 18:11see123

Keçmiş dünya çempionunun oğlu asılmış vəziyyətdə tapılıb

09 Oktyabr 2025 03:14see122

Gömrük Komitəsindən daxilolmalar azalıb Ekspert səbəb AÇIQLADI

08 Oktyabr 2025 17:23see121

Hadrutun işğaldan azad olunmasından 5 il ötür

09 Oktyabr 2025 00:02see121

Koreya yeməkləri sağlamlıq üçün təhlükə yarada BİLƏR

08 Oktyabr 2025 19:47see120

3 vəkil cəzalandırılıb, 4 nə xəbərdarlıq edilib Rəsmi

08 Oktyabr 2025 16:10see116

DTX nin keçirdiyi əməliyyat nəticəsində saxlanılmışdılar Məhkəmə

08 Oktyabr 2025 09:16see116
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri