DTX rəisinin müavini: İtkin düşmüş şəxslərin taleyi ilə bağlı...
Reyting.az saytından alınan məlumata görə, Icma.az bildirir.
İtkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi yaxın illərdə bizim ən vacib vəzifələrimizdən biridir.
Reyting.az xəbər verir ki, bu barədə İtkin düşmüş Şəxslər üzrə Beynəlxalq Komissiyanın (ICMP) "Azərbaycan Respublikasında itkin düşmüş şəxslərin axtarışı üzrə qiymətləndirmə hesabatı"nın təqdimatında Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini general-leytenant Şərafət Həsənov deyib.
O bildirib ki, bu həm də həmin şəxslərin yaxın qohumları qarşısında mənəvi borcdur:
"Bizə gündəlik olaraq xeyli sayda insan müraciət edərək itkin düşmüş qohumunun taleyinə aydınlıq gətirilməsini tələb edir. Ərazilər işğal altında olanda vətəndaşlarımız bunu anlayışla qarşılayırdı. Lakin ərazi bütövlüyümüzün bərpasından sonra biz bəzi hallarda onlara cavab verməkdə çətinlik çəkirik. Bizdə belə fikir formalaşır ki, ermənilər məzarlıqlar barədə məlumatları əsir və girovlara verdikləri dəhşətli işgəncələrin izini itirmək üçün təqdim etmirlər. İstənilən halda biz bu məsələlərdə bütün beynəlxalq təşkilatlarla, o cümlədən erməni tərəfi ilə hərtərəfli əməkdaşlığa hazır olduğumuzu bəyan edirik".
Bu mövzuda digər xəbərlər:Bir sıra amillər itkin düşmüş şəxslərin taleyinin müəyyən edilməsi işinə mane olur DTX rəisinin müavini
10 Mart 2025 11:42
Azərbaycan və Ermənistan itkin düşmüş şəxslərin taleyi ilə bağlı fikir mübadiləsi aparıb
04 İyun 2025 10:40
Bakı və Yerevan itkin düşmüş şəxslərin taleyi ilə bağlı məlumat mübadiləsi aparacaqlar
11 Avqust 2025 17:10
İtkin düşmüş şəxslərin müəyyən edilməsində çox ciddi nəticələr əldə edilib DTX rəsmisi
09 Oktyabr 2025 18:43
İtkin düşmüş şəxslərin ailələri ilə görüş təşkil olunacaq
10 Mart 2025 11:28
Baxış sayı:128
Bu xəbər 10 Mart 2025 11:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















