İtkin şəhid doğulduğu torpağa qovuşdu
Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Avqustun 29-da Birinci Qarabağ müharibəsinin daha bir itkin şəhidi - Sumbat Nüdrət oğlu Əliyev Füzuli rayonunda dəfn olunub.
Əvvəlcə rayonun Aşağı Kürdmahmudlu kəndində vida mərasimi keçirilib. Cənazə namazı qılınıb, şəhidlərin ruhuna dualar oxunub. Sonra şəhid hərbi orkestrin müşayiətilə kənd qəbiristanlığında torpağa tapşırılıb, dualar oxunub.
Qeyd edək ki, Sumbat Əliyev 1966- cu ildə Füzuli rayonunun Aşağı Kürdmahmudlu kəndində anadan olub. O, Birinci Qarabağ müharibəsi zamanı könüllü olaraq döyüşlərə qoşulub. 1993-cü ilin aprel ayında Füzulinin Qacar kəndi ərazisində gedən döyüşlər zamanı itkin düşüb. Torpaqlarımız işğaldan azad edildikdən sonra S.Əliyevin qalıqları Xocavənd rayonunun Zoğalbulaq kəndində aşkarlanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:37
Bu xəbər 30 Avqust 2025 12:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















