Murovdağ silsiləsində itkin düşən şəhid Hidayət Vəliyev Bərdədə torpağa tapşırılıb
Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bərdə, 20 fevral, Tahir Ağaməmmədov, AZƏRTAC
Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan və 32 ildən sonra kimliyi müəyyən edilən Vəliyev Hidayət İsa oğlu Bərdə rayonunda torpağa tapşırılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhidlə vida mərasimində Bərdə Rayon İcra Hakimiyyətinin, YAP rayon təşkilatının, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri və əməkdaşları, şəhid ailələrinin üzvləri, qazilər, müharibə veteranları, ictimaiyyət nümayəndələri, rayon sakinləri iştirak ediblər.
Cənazə namazından sonra Hidayət Vəliyev Zümürxan kənd qəbiristanlığında dəfn edilib. Şəhidin ruhuna dualar oxunub, məzarının üzərinə əklil və gül dəstələri qoyulub.
Qeyd edilib ki, Hidayət Vəliyev 1971-ci ildə Bərdə rayonunun Zümürxan kəndində anadan olub. Birinci Qarabağ müharibəsi zamanı Vətənimizin müdafiəsində iştirak edən H.Vəliyev 1994-cü il fevralında Kəlbəcər rayonunun Murovdağ silsiləsində itkin düşüb.
Uzun illər itkin hesab olunan hərbçimizin nəşinin qalıqları müvafiq ekspertiza və eyniləşdirmə prosedurlarından sonra müəyyən edilərək ailəsinə təhvil verilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:73
Bu xəbər 20 Fevral 2026 15:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















