Icma.az
close
up
RU
İtkin şəhid Mehribanın bacısından AÇIQLAMA: O, nişanlı olduğu üçün...

İtkin şəhid Mehribanın bacısından AÇIQLAMA: O, nişanlı olduğu üçün...

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

19-20 fevral tarixlərində 17 itkin şəhidimiz dəfn ediləcək. Onlardan ikisi qadındır. Şəhidlərdən biri Mehriban Arif qızı Qarayeva, digəri isə Zibeydə Bədəl qızı Əhmədovadır.

“Cebheinfo.az” xəbər verir ki, I Qarabağ müharibəsində həlak olan Mehriban Qarayevanın bacısı Leyla Qarayeva Musavat.com-a gənc xanımın şəhid olmasından danışıb.

O bildirib ki, ailədə 8 uşaq - 4 bacı, 4 qardaş olublar. Mehriban Qarayeva 1970-ci ilin 27 martında Sumqayıt şəhərində anadan olub. O, Sumqayıt şəhər 3 nömrəli məktəbdə təhsil alıb. Ailə çox kasıb olduğu üçün Mehriban atası ilə birgə bir müddət gənc yaşlarından zavodda işləyib. Daha sonra isə texnikumda təhsil alıb və tibb bacısı ixtisasına yiyələnib:

“Bacım tibb bacısı kimi çalışırdı. O, müharibəyə gedəndə 21 yaşı var idi, döyüşlərə könüllü qatılmışdı. Biz onu saxlaya bilmədik. Həmişə deyirdi ki, mən gedib vuraşacağam.

Mən ailənin sonbeşiyi olmuşam və tez ailə qurmuşam deyə başım özümə qarışmışdı. Ona görə də bir çox məqamları mənə ailə üzvlərim danışıb. Onlar bildirirdi ki, qardaşım Famili də müharibəyə aparmaq istəyiblər. O, nişanlı olduğu üçün Mehriban deyib ki, sən nişanlısan, müharibəyə mən gedəcəyəm. Beləliklə, onu getməyə qoymayıb və özü könüllü olaraq müharibəyə tibb bacısı kimi yollanıb”.

L.Qarayeva bildirib ki, cəbhəyə yollandıqdan sonra bacısı arada evlərinə gəlirmiş: “Gəlib evə baş çəkirdi, o zaman onu saxlamağa çalışırdıq, ancaq o, razılaşmırdı. Ağdərə rayonunun Sırxavənd kəndi ərazisində vuruşurdular. Müharibəyə getməsindən 1 il sonra, 1992-ci ildə ailəmiz onun ölüm xəbərini aldı. Ağdərədə onun da olduğu maşın minaya düşmüşdü. Ancaq elə bir dövr idi ki, onun cəsədini geri ala bilmədik. Ermənilərin işğalından sonra ümidimiz təmiz kəsilmişdi. 2025-ci ildə bizə xəbər gəldi ki, qalıqları tapılıb”.

Qeyd edək ki, Mehriban Qarayeva fevralın 20-si saat 11:00-da Sumqayıtdakı Şəhidlər xiyabanında torpağa tapşırılacaq.

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:434
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 18 Fevral 2026 17:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see396

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see383

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see377

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see374

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see354

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see353

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see335

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see335

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see315

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see313

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see308

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see297

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see267

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see229

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see222

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see220

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see209

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see207

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see207

Dərmanlar da icbari tibbi sığortaya daxil edilir Kimlər faydalanacaq?

20 Noyabr 2026 22:21see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri