Icma.az
close
up
RU
İtsaxlayanlar xüsusi rüsum ödəsinlər

İtsaxlayanlar xüsusi rüsum ödəsinlər

Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Kubra Məhərrəmova yazır...

Dünya Marsa köçə hazırlaşır, biz isə hələ də əlimizdə dəyənək problemi həll etməyə çalışırıq.

Həqiqətən də, Azərbaycanda yaşayan insanlar küçə itlərindən qorunmaq üçün əllərində dəyənəklə yol gedirlər. Çünki heç kim canından bezməyib.

Həm də neçə illərdir ki, küçə heyvanları ilə ulduzumuz barışmır. Gah onlara işgəncə verən insanların videoları qarşımıza çıxır, gah da küçə heyvanlarının azyaşlı və ya böyük adamlara hücumunu əks etdirən videoları görürük.

Təbii ki, bu problemi insan övladı həll etməlidir.

Çünki heyvan özü-özünü peyvənd edən, ya da qısırlaşdıran deyil. Amma cəmiyyətin əksər qismi də heyvanlara qarşı mərhəmətli sayılmaz. Təbii ki, hər kəsin heyvanları sevmək kimi bir öhdəliyi və ya borcu yoxdur, amma heyvana əzab vermək cinayətdir.

Bəs dövlət bu istiqamətdə nə iş görüb? Azərbaycan Respublikası "Ev heyvanlarının mühafizəsi haqqında" Avropa Konvensiyasına qoşulub, müxtəlif mərkəz və sığınacaqlar yaradılıb. İndi bu sığınacaqlar nə dərəcədə effektivdir - bu da göz qabağındadır.

Bu arada sağ olsun xarici təşkilatlar, ara-sıra Azərbaycana gəlib bizim küçə heyvanlarımıza yiyə dururlar. Məsələn, 2023-cü ildə Almaniyanın "Tierschutz Entwicklungshilfe eV" təşkilatı ölkəmizdə sahibsiz heyvanların qısırlaşdırılması, quduzluq peyvəndinin vurularaq, qulaq birkalarının taxılması aksiyasını keçirmişdi. Almaniya, Avstriya, Rusiyadan gələn veterinarlar 1 500 küçə heyvanını sterilizasiya edib, quduzluq xəstəliyinə qarşı peyvənd vurub, birkalar taxıblar. O heyvanların taleyi necə bitib, onu heç kim bilmir.

Açığı, axırıncı dəfə birkalı heyvana nə vaxt rast gəldiyim yadımda deyil. Azərbaycanı nəzərdə tuturam. Bəs bu 1 500 birkalı heyvan necə oldu?

Amma küçə heyvanlarının sürü halında şəhərin müxtəlif ərazilərində gəzib, uşaqlara və böyüklərə təhlükə yaratması xəbərlərini az qala hər gün oxuyuram.

Bəs sahibsiz küçə heyvanları probleminə niyə əncam çəkilmir?

Nəzərə alsaq ki, bir dişi it ildə 8-16 bala verir, o zaman bu məsələni başlı-başına qoysaq, tezliklə proses nəzarətdən çıxa bilər.

Amma müvafiq qurumlar bu barədə bir iş görmürlər. Çünki görsəydilər, Sumqayıtda tikdikləri söhbətgahı reklam etdikləri kimi, gecə-gündüz press-relizləri və reklam çarxlarını bütün KİV-ə göndərərdilər. Hələ üstəlik, on dəfə zəng edib soruşardılar ki, xəbəri nə vaxt verirsiniz?

Susurlarsa, deməli, heç bir iş görülmür.

Sumqayıtı xatırlatmağıma səbəb bu şəhərdə küçə itlərinin öldürülməsi və bəzi insanların narazılığıdır. Heyvansevərlər iddia edirlər ki: "Öldürülən heyvanların hamısı birkalı itlərdir, heç kimə ziyanı yoxdur. 2020-ci ildən bütün küçə itlərini öz hesabımıza könüllü olaraq qısırlaşdırır, peyvənd edirik. Amma qarşımıza onların hamısının ölüsü çıxır".

Məsələ ilə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyətindən isə bildirilib ki, son günlər şəhər ərazisində sahibsiz itlərin ölümü ilə bağlı yayılan məlumatlar narahatlıqla qarşılanır.

Ümid edirəm ki, heyvanların kim tərəfindən öldürülməsi müəyyən olunar və günahkarlar müvafiq qaydada cəzalanarlar. Ümid isə bilirsiniz də, sonda ölür.

Bu tabloda bir də heyvansevərlərin digər insanlara qarşı aqressiyası yer alır ki, bu da normal deyil.

Ona görə normal deyil ki, valideyn övladını və ya özünü sahibsiz itlərdən qorumaq üçün daim əlində dəyənəklə gəzməməlidir. Ona görə normal deyil ki, heyvansevərlər öz "mərhəmət"ləri sayəsində başqa problemlərin yaranmasının fərqində deyillər.

Küçədə, hər addımbaşı heyvanlar üçün yerə tökülən yeməklər infeksiya mənbəyi yaratmaqla yanaşı, ürəkbulandırıcı mənzərəyə səbəb olur. Heyvanın yemədiyi həmin yemək günlərlə günün altında qalır, iylənir, milçək-böcəklərin yuvasına çevrilir. Danışanda da olursan heyvan düşməni.

Düşünürəm ki, biz ilk növbədə öz aramızda bir razılığa gəlməliyik.

Heç birimizin küçə heyvanlarının qayğısına qalmaq kimi bir öhdəliyimiz yoxdur, amma bir-birimizə hörmət etmək öhdəliyimiz var.

Mən vergi ödəyicisi kimi şəhərin təmiz qalması üçün maaşımdan vergi ödəyirəmsə, küçədə gedərkən ürəyim bulanmalı deyil. Blokların ağzında, həyətlərdə iyrənc mənzərələr yaranmasın deyə heyvanlara yemək vermək üçün xüsusi ərazilər ayrılmalıdır. Amma üzü yaya getdiyi üçün hər həyətdə küçə heyvanları üçün xüsusi qablarda su qoyulmalıdır.

Evdə it saxlayanlar da park və küçələrdə onları gəzdirəndə, bir zəhmət, ardınca zibillərini təmizləsinlər! Əziz it saxlayanlar! Heç kim sizin xidmətçiniz deyil. Səhər tezdən küçələri təmizləyən ana-bacılar sizin itlərinizin ifrazatını görmək, iyləmək məcburiyyətində deyillər. Düşünürəm ki, bu məsələni də tənzimləmək üçün xüsusi cərimələr tətbiq olunmalıdır. Ya da evdə it saxlayanlar xüsusi rüsum ödəsinlər ki, bu vəsait şəhərin təmizliyinə yönəlsin.

Təhlükəsizliyi və təmizliyi rüsum hesabına təmin etmək olar, təki bir-birimizə hörməti də cərimə hesabına etməyək...

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:215
embedMənbə:https://oxu.az
archiveBu xəbər 05 May 2025 13:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see764

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see310

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see290

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see279

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see261

Həkimlərə əməliyyata görə 80 manat ödənilməsinə qurumdan rəsmi cavab

09 Oktyabr 2026 19:18see251

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see237

Pensiyaçılara üç aydan bir əlavə 30 manat ödənilir? RƏSMİ AÇIQLAMA

09 Oktyabr 2026 18:31see225

Kollec diplom verir: İş yox

09 Oktyabr 2026 18:04see209

Xəzərdə təhlükə böyüyür: Bakı dünyanı hərəkətə keçməyə çağırır

09 Oktyabr 2026 18:19see199

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see191

Sudan istifadə edənlərin nəzərinə Bu ünvanlarda...

09 Oktyabr 2026 20:08see190

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see185

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see185

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see184

Yumurta çörək yeməklə 100 min dollar yığdı

09 Oktyabr 2026 19:52see182

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see178

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see176

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

10 Oktyabr 2026 09:47see169

DGK də BMW X5 in gömrük dəyəri ilə bağlı narazılıq: Vətəndaş Şahin Bağırova şikayət etdi

09 Oktyabr 2026 22:28see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri