Icma.az
close
up
RU
İvan Brkiç: Məncə, o vaxt belə şey olmamalı idi

İvan Brkiç: Məncə, o vaxt belə şey olmamalı idi

sport24.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Demək olar ki, "Neftçi"nin hər oyununu izləyirəm. Hesab edirəm ki, 2-3 il əvvəl baş verən dəyişikliklər lazım deyildi". Bu sözləri Sport24.az-a "Neftçi"nin sabiq qapıçısı İvan Brkiç deyib.

29 yaşlı qolkiper "ağ-qaralar"ın hazırkı durumu ilə bağlı fikirlərini bölüşüb:
"Mən komandaya gələndə Samir Abasov baş məşqçi idi. Mövsümü ikinci pillədə başa vurduq. Yaxşı idik, amma onunla yollar ayrıldı. Məncə, o vaxt belə şey olmamalı idi. Ondan sonra Laurentsiu Regekampf gəldi. Yenə yaxşı kollektivimiz, sağlam heyətimiz var idi. Bu dəfə üçüncü yeri tutduq. Onunla da vidalaşdılar. Biz bir-birimizi çox yaxşı başa düşürdük. Regekampf kluba uyğun mütəxəssis idi, məncə, qalsaydı, yaxşı nəticə əldə edə bilərdik. Çünki planında daha 2-3 yaxşı oyunçu gətirmək var idi. Bundan sonra nəticələr çox aşağı düşdü, növbəti dəfə altı aydan bir baş məşqçilər dəyişdi. Bütün bunlar belə nəticələrə səbəb oldu. Hazırda komanda 7-ci sıradadır və avrokuboklara vəsiqə qazanmaq istəyir. Bu isə çox kədərlidir".

Xorvatiyalı oyunçu "Neftçi"dən ayrılması barədə bunları söyləyib:
"Polşada çıxış etmək istədiyim üçün buradayam. Polşa liqası heyrətamizdir. "Motor" əla klubdur və burada çox gözəl vaxt keçirirəm. "Motor"a gəlməsəydim, "Neftçi"də qalardım".

Qeyd edək ki, 2022-ci ildə "ağ-qaralar"a keçən İvan Brkiç ötən ilin yayında paytaxt təmsilçisi ilə yollarını ayırıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:184
embedMənbə:https://sport24.az
archiveBu xəbər 29 Yanvar 2025 13:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see327

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see319

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see314

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see286

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see278

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see245

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see242

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see232

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see229

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see225

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see222

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see219

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see213

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see209

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see199

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see198

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see196

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see196

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see180

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri