Kamran Quliyev: “Məncə, 6 xallıq oyun idi
sport24.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"Karvan-Yevlax"la çox ağır qarşılaşma oldu. Çempionluğa oynayan komandaya qarşı mübarizə apardıq". Bu sözləri Sport24.az-a açıqlamasında MOİK-in futbolçusu Kamran Quliyev deyib.
24 yaşlı hücumçu komandasının I Liqanın 6-cı turunda "Karvan-Yevlax"a qalib gəldiyi oyunu şərh edib:
"Matçın əvvəlində qol buraxmağımız bizi təbii ki, məyus etdi. Buna baxmayaraq, toparlanmağı və özümüzü ələ almağı bacardıq. Bunu əvvəlki qarşılaşmada "Baku Sportinq"ə qarşı da etmişdik. Həmin oyunda da çətin vəziyyətdən çıxmağı bacarmışdıq. Çox sevinirik ki, bu dəfə də qələbə qazanaraq istəyimizə çatdıq. Məncə, 6 xallıq oyun idi. Qarşımızda çempionluq uğrunda mübarizə aparan ciddi rəqib var idi və belə qarşılaşmalarda qazanılan xalların əhəmiyyəti böyükdür".
Quliyev MOİK-in bu mövsüm hədəfindən də danışıb:
"İnanıram ki, qarşıdakı oyunlara da çox ciddi şəkildə hazırlaşacaq, çempionluq uğrunda mübarizəmizi davam etdirəcəyik. Hazırda hər şey qaydasındadır. Ümid edirəm ki, bundan sonra komandama daha çox fayda verəcək və inkişaf etməyə davam edəcəyəm".
Qeyd edək ki, MOİK - "Karvan-Yevlax" qarşılaşması meydan sahiblərinin 3:1 hesablı qələbəsi başa çatıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 23 Oktyabr 2026 17:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















