İvan Kirilenko: Süni intellekti iqlim dəyişikliklərinin həllinə, pandemiyalara yönəldə bilərik
Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakı, 7 oktyabr, AZƏRTAC
Süni intellekt XXI əsrin ən böyük nailiyyətidir. Bu gün Avropanın mərkəzində - Ukraynada müharibə gedir və üç ildir davam edir. Biz sadəlövh olmamalıyıq. Suveren Ukrayna ərazisinə yüzlərlə tank, qırıcı təyyarə daxil olub. Döyüş meydanlarında bu gün ağır zirehli texnikaların əvəzinə, dronlar var. Dronu idarə edən isə pilotdur. Süni intellekt də onlara kömək edir. Döyüş meydanında obyektlərin bir çoxu dron vasitəsilə vurulur. Bu da süni intellektin bir növüdür.
AZƏRTAC xəbər verir ki, bunu Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) Sosial və Humanitar Siyasət Komitəsinin 65-ci iclasında çıxış edən QDİƏT PA-da Ukrayna nümayəndə heyətinin üzvü İvan Kirilenko deyib.
O bildirib ki, artıq süni intellekt insanı əvəz edir: “Biz müharibələri dayandırmasaq, süni intellekt bizdən üstün olacaq. Bu ağılsızlığı dayandırmağa hələ ki, vaxtımız var. Biz süni intellekti daha başqa problemlərə, iqlim dəyişikliklərinin həllinə, pandemiyalara yönəldə bilərik”.
Baxış sayı:66
Bu xəbər 07 Oktyabr 2025 12:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















