Icma.az
close
up
RU
İxtisas seçimi: bəzi sahələrdə kadr çatışmazlığı yarana bilər

İxtisas seçimi: bəzi sahələrdə kadr çatışmazlığı yarana bilər

Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.

Ali məktəblərə hazırlaşan abituriyentlərin çoxu dövlət universitetlərində qəlibləşmiş ixtisaslara müraciət edirlər. Ən çox seçilən ixtisaslara hüquq, müəllimlik, mühəndisliyin bəzi sahələri, ali məktəblərə isə Bakı Dövlət Universiteti, İqtisad Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti kimi təhsil ocaqları daxildir. Bu cür yanaşmalar özəl universitetlərə olan inamı azaldır, üstəlik bəzi sahələrdə kadr çatışmazlığı problemleminə səbəb olur.

Təhsil məsələləri üzrə ekspert Elçin Murad bu mövzu ilə bağlı fikirlərini Modern.az saytı ilə bölüşüb.

Ekspert bildirib ki, abituriyentlərin çoxunda hələ də yeni ixtisaslara və özəl universitetlərə inam azdır. Hətta müəllimlik sahəsində yaranan şərtlər də bu sahəyə marağı azaldıb. Diplomun tanınmaması, ixtisasa tələbatın azlığı əsas problemlərdəndir. Hazırda bəzi ixtisaslar var ki, onlarda kadr çatışmazlığı problemi daha çoxdur.

O söyləyib ki, müəllimliyin informatika üzrə sahəsində bacarıqlı kadrlar çox azdır.
“Həmin ixtisası bitirənlər də sonradan riyaziyyat fənni üzrə dərs dedikləri üçün informatika hələ kölgədə qalıb. Digər sahələrdən biznesin idarə edilməsi sahəsi çox ləng inkişaf edir. Tələbələr bu sahəni praktik və dərindən mənimsəyə bilmirlər.

Elə ixtisaslar var ki, abituriyentlər həmin peşələri seçmək istəmirlər. Bura əsasən 1-ci qrup üzrə cihaz mühəndisliyi, elektrik mühəndisliyi kimi sahələr aiddir. Burada oxuyan tələbələrin çoxu balın az olma səbəbilə bu ixtisas üzrə təhsil alır”.

Elçin Murad vurğulayıb ki, texnologiyanın inkişafı bir sıra sahələrdə savadlı kadrların çoxalmasına ehtiyacı artırır. Bunlara yaşıl texnologiya sahəsi üzrə mühəndislik, otel idarəçiliyi, aşpaz və qonaqpərvərlik mütəxəssisləri, baytar həkimləri, İKT müəllimliyi, torpaq və su ehtiyatları üzrə mütəxəssislər və bağça müəllimləri aid edilir.
Zərif Sofiyeva

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:211
embedMənbə:https://modern.az
archiveBu xəbər 29 Aprel 2025 10:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see358

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see277

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see276

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see274

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see266

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see265

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see263

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see260

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see256

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see241

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see239

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see234

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see231

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see230

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see228

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see210

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see209

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see205

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see205

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri