Icma.az
close
up
RU
Antiterror əməliyyatından 10 15 dəqiqə əvvəl Rusiya sülhməramlılarına məlumat verdik

Antiterror əməliyyatından 10 15 dəqiqə əvvəl Rusiya sülhməramlılarına məlumat verdik

Icma.az, Missiya.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

2023-cü ildə antiterror əməliyyatından 10-15 dəqiqə əvvəl Rusiya sülhməramlılarının Qarabağda komandanlğına bu barədə məlumat verildi.

Missiya.Az "Report"a istinadə xəbər verir ki, bunu İTV-yə müsahibəsində xarici işlər naziri Ceyhun Bayramov deyib.

Nazir qeyd edib ki, sülhməramlılara öz kazarmalarına, təhlükəsiz yerlərə keçməli olduqları barədə bildirilib və vurğulanıb ki, əks halda onların həyatına təhlükə var:

"Onlar da buna əsasən riayət etdilər. Sülhməramlıların bunu etməmək üçün əsasları da yox idi, çünki üç il ərzində dəfələrlə onlara qanunsuz erməni silahlı qüvvələrinin addımları ilə bağlı xəbərdarlıqlar edilmişdi. Onlara ərazilərin minalanması, istehkamların qurulması, silah-sursatın daşınması ilə bağlı xəbərdarlıqlar edilirdi. Sülhməramlılar isə bu məsələlərin onların səlahiyyətinə daxil olmadığını deyirdilər. Bildirirdilər ki, sizə bizə mandat da verməmisiz, ona görə biz burda sadəcə olaraq ümumi müşahidə aparırıq".

C.Bayramov vurğulayıb ki, erməni əhalisi Qarabağı könüllü tərk etdikdən sonra sülhməramlıların orada nə ilə məşğul olması barədə sual yarandı.

"Biz bu məsələdə hansısa ciddi israr etmirdik. Onsuz da bilirdik ki, bunun bir bəlli müddəti var. Onlarda belə bir təsəvvür var idi ki, erməni sakinləri arasında iş aparmaqla kimlərinsə geri qayıtmaq fikri var və onlara yenə də ehtiyac olacaq. Moskvadan belə bir mesajlar verilirdi. Bir müddət sonra məlum oldu ki, ermənilərin geri qayıtmaq fikri yoxdur və onlara da aydın oldu ki, burda qalmaq məntiqsizdir. Onlara şərait yaradıldı və onlar mərasimlər keçirməklə buranı tərk etdilər", - nazir deyib.

Nazir xatırladıb ki, üçtərəfli bəyanatın şərtlərinə uyğun olaraq tərəflərdən biri müddətin bitməsinə altı ay qalmış məlumat vermirsə, sülhməramlıların fəaliyyəti növbəti beş ilə uzadılmalı idi.

"Bunun müddəti 2025-ci ilin mayın 10-da idi. Baxmayaraq ki, Azərbaycanda artıq Rusiya sülhməramlıları yox idi, sırf hüquqi baxımdan, sonradan kimdəsə sual yaranmaması üçün biz bu ilin 30 aprelində Rusiya tərəfinə rəsmi nota verdik və vəziyyəti tam əks etdirdik. Bildirdik ki, onların mandatı tam ləğv olunur".


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:71
embedMənbə:https://missiya.az
archiveBu xəbər 08 Noyabr 2025 23:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see169

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see155

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see154

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see150

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see147

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see142

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see141

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see138

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see132

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see132

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see132

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see132

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see132

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see132

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see131

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see130

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see130

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see127

Zelenski bir neçə regional rəhbəri vəzifədən azad etdiZelenski bir neçə regional rəhbəri vəzifədən azad etdi

22 Dekabr 2025 06:18see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri