Icma.az
close
up
RU
İxtisas seçimi PROBLEMİ Valideynlərin övladlarının yerinə verdiyi qərarın sonrakı FƏSADLARI

İxtisas seçimi PROBLEMİ Valideynlərin övladlarının yerinə verdiyi qərarın sonrakı FƏSADLARI

Bizim media saytına istinadən Icma.az xəbər verir.

Gün ərzində tez-tez  əllərində testləri, çiyinlərində kitab dolu çantalarıyla bu hazırlıqdan digər hazırlığa çatmağa çalışan təlaşlı, qayğılı  abituriyentləri görürük.
Onların yaşları 16-17 olsa da, indidən gələcəkləri üçün mühüm qərarlar alır, sahib olmaq istədikləri peşələr üçün çalışırlar.
Ancaq təəssüflər olsun ki, hər abituriyent bu qərarı özü verə bilmir.


Çünki onların ya ixtisas seçimi haqqında kifayət qədər məlumatları olmur, özlərini harada görmək istədiklərini bilmirlər, ya da onların yerinə qərar verən valideynləri olur.
Düzdür, ixtisas seçimi günlərində abituriyentlər üçün “Abituriyent Məsləhət Mərkəz”ləri fəaliyyət göstərsə də, o zamana qədər bu barədə qərarsız qalanlar çoxdur.  
Bəs bu istiqamətdə məktəblərdə abituriyentlər üçün məsləhət saatları təşkil edilsə, maarifləndirmə işləri aparılsa, necə olar?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən təhsil eksperti Elşən Qafarov bildirib ki, ümumiyyətlə, peşə seçimi və şagirdlərlə peşəyönümlü işlərin təşkili Nazirlər Kabinetinin müvafiq qərarıyla tənzimlənir.
“Ümumtəhsil məktəblərində peşəyönümlü işlərin təşkilinə uyğun olaraq maarifləndirmə işləri, ekskursiyalar, peşə təmayüllü siniflər təşkil olunur”.
Mənfi tendensiyalar


Ekspert məsələylə bağlı beynəlxalq təcrübədən misallar çəkib,  ölkəmizdəki vəziyyəti müqayisə edib, mənfi tendensiyaları açıqlayıb:
“Beynəlxalq təcrübədə 7-ci sinifdən başlayaraq ildə bir dəfədən az olmayaraq şagirdlər üçün peşə yönümlü testlər keçirilir, həmin testlərin nəticələri valideyn iclaslarında müzakirə olunur, valideynlərə övladlarının hansı sahələrdə bacarıqlı olduğuyla bağlı məlumatlar verilir. Uşaqlar həm valideyn, həm məktəb vasitəsilə həmin ixtisaslar üzrə istiqamətləndirilir.
Təəsüflər olsun ki, bizdə həmin testlər keçirilmir. Məktəblərdə sinif  saatlarında müəllimlər, sinif rəhbərləri uşaqları ixtisaslar üzrə maarifləndirməklə onların bacarıqları üzrə yönəlməsinə çalışmalıdırlar. Amma bizdə belə deyil”.
Müsahibimiz vurğulayıb ki, Dövlət İmtahan Mərkəzinin hazırdakı test, ixtisas seçimi mexanizmi Azərbaycan gəncinin arzuladığı ixtisas üzrə təhsil almasına imkan vermir.
Təbii ki, valideyn qərarına görə arzuları yarımçıq qalan gənclərimiz də az deyil.
Elşən Qafarov bu məsələylə bağlı da fikirlərini bildirib.


“Ən acınacaqlı hal isə budur ki, bizdə ailənin uşaqların peşə seçiminə birbaşa müdaxiləsi var. Valideynlər övladlarının daha rahat, qazanclı peşələr seçməsinə maraqlıdırlar. Ətraflarında hər hansı bir peşə üzrə tanınmış bir şəxs varsa, düşünürlər ki, övladı da həmin sahə üzrə təhsil almalıdır. Onlar inanırlar ki, övladları da həmin adam kimi olacaq, maddi təminatları da daha yaxşı olacaq”.
Həmsöhbətimiz sonda qeyd edib ki, valideyn tövsiyə verə bilər. Ancaq onun repetitor, kurs pulunu verir deyə, uşağı öz istədiyi sahə üzrə yönləndirməsi doğru yanaşma deyil.
“Hazırda bunun nəticələrini bizim gənclərimiz yaşayır”.
Nəzrin Mirzəyeva, Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:94
embedMənbə:https://bizim.media
archiveBu xəbər 03 Yanvar 2025 21:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see267

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see252

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see220

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see218

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see202

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see154

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see139

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see136

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

16 Yanvar 2026 18:40see135

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see131

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see131

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see129

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see129

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see128

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri