İxtisas seçimi başladı ;FOTO
Icma.az, Ses qazeti saytına istinadən bildirir.
Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə abituriyentlərə ixtisas seçimi ilə bağlı tövsiyələr verib. Məleykə Abbaszadə bildirib ki, ixtisas seçimi zamanı yalnız rəsmi və etibarlı məlumat mənbələrinə istinad etmək vacibdir. Bu məqsədlə yaxın günlərdə "Abituriyent" jurnalının 4-cü nömrəsi nəşr olunacaq və abituriyentlərə seçim prosesinə başlamazdan əvvəl jurnalla ətraflı tanış olmaq tövsiyə edilir.
Məleykə Abbaszadənin sözlərinə görə, nəşrdə ixtisas seçimi elanı, müsabiqə şərtləri, elektron ixtisas seçimi ərizəsinin doldurulma qaydası, ali təhsil müəssisələrinə dövlət sifarişi üzrə qəbul planı və seçim zamanı lazım olacaq digər vacib məlumatlar yer alıb.
DİM sədri jurnalda dərc edilən psixoloq tövsiyələrinin də xüsusi əhəmiyyət daşıdığını qeyd edib: “Həmin materialda peşə seçimi zamanı qərarsızlığın səbəbləri izah olunur, maraq, bacarıq, dəyərlər və real imkanların birlikdə qiymətləndirilməsinin vacibliyi vurğulanır. Eyni zamanda, müxtəlif peşələri daha yaxından tanımaq və bacarıqları inkişaf etdirmək üçün praktik məsləhətlər təqdim edilir.Ən doğru peşə seçimi insanın yalnız bacardığı sahəyə deyil, həm də maraqlarına, dəyərlərinə və gələcək hədəflərinə uyğun olmalıdır"Abituriyent" jurnalı Azərbaycan və rus bölmələrinin abituriyentləri üçün vahid formada - Azərbaycan dilində hazırlanıb və hər iki bölmə üzrə qəbul aparılan ixtisaslar haqqında məlumatları özündə əks etdirir”.
Məleykə Abbaszadə bütün abituriyentlərə uğurlu və düşünülmüş ixtisas seçimi arzulayıb.
İlham
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 06 Avqust 2026 16:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















