İxtisası qeyri mühəndis olan SƏTƏM mütəxəssisləri üçün təlim təşkil olunub
Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
Bakı, 19 may, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən ixtisası qeyri-mühəndis olan SƏTƏM (sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi) mütəxəssisləri üçün təlim təşkil edilib.
Xidmətdən AZƏRTAC-a verilən məlumata görə, “Əməyin mühafizəsi və texniki təhlükəsizlik” mövzusuna həsr olunan təlim Əməyin Mühafizəsi Mərkəzinin əməkdaşları tərəfindən keçirilib. Təlimdə 8 müəssisəni təmsil edən 26 SƏTƏM mütəxəssisi iştirak edib.
Təlim zamanı iştirakçılara əməyin mühafizəsinin əsas prinsipləri, iş yerlərində təhlükəsizliyin təmin olunması, istehsalatda bədbəxt hadisələrin qarşısının alınması, eləcə də əmək fəaliyyəti zamanı işəgötürənlərin və işçilərin hüquq və vəzifələri barədə məlumat verilib.
Həmçinin əməyin mühafizəsi tələblərinə riayət edilməsinin işçilərin sağlamlığının qorunması, təhlükəsiz əmək şəraitinin yaradılması və istehsalatda risklərin azaldılması baxımından əhəmiyyəti diqqətə çatdırılıb.
Təlimin əsas məqsədi SƏTƏM mütəxəssislərinin əməyin mühafizəsi sahəsində bilik və bacarıqlarının artırılması, profilaktik tədbirlərin gücləndirilməsi, qanunvericilik tələbləri barədə məlumatlılığın yüksəldilməsi, eləcə də dövlət standartlarının tətbiqi və “Vision Zero” yanaşmasının prinsipləri barədə maarifləndirmənin aparılmasıdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 19 May 2026 15:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















