Icma.az
close
up
RU
İynəyarpağın unikal müalicəvi xüsusiyyətləri. Koronavirusa da çarədir

İynəyarpağın unikal müalicəvi xüsusiyyətləri. Koronavirusa da çarədir

Icma.az xəbər verir, Saglamolun saytına əsaslanaraq.

Şam və küknar ağacların iynəyarpağı ta qədimdən müalicəvi vasitə kimi istifadə olunur.

İynəyarpaq müxtəlif damaq xəstəlikləri (o cümlədən, sinqanın - vitaminsizlik nəticəsində diş ətində əmələ gələn xəstəlik), mədə-bağırsaq sistemi pozulmaları, yaralar və müxtəlif dəri zədələnmələrinin müalicəsində istifadə olunurdu.

Saglamolun.az bildirir ki, nəfəsalma sistemi xəstəlikləri zamanı iynəyarpağın iyi xəstələrə müalicəvi təsir edir. Bu səbəbdən həkimlər belə xəstələrə şam və küknar ağacların çox olan kurortlarda  dincəlməyi tövsiyə edirlər.

İynəyarpaq antiseptik, iltihabəleyhinə, virusəleyhinə, qurdqovucu, öd və sidikqovucu təsirinə malikdir.

İynəyarpağın kimyəvi tərkibi çox zəngindir. Burada vitaminlər (E, PP, K, C), minerallar (marqans, kobalt, dəmir, yod), efir yağları, fitohormonlar və s. kimi fayadı maddələr var.

Şam ağacının iynəyarpağı daha faydalı sayılır.

İynəyarpaq ürək-damar və sinir sisteminə çox müsbət təsir edir. İynəyarpaqla vannalar sakitləşdirir, streslə mübarizədə kömək edir, yuxunu tənzimləyir. İynəyarpaqla vanna hazırlamaq üçün 300 qr iynəyarpağın üzərinə 3 l qaynar su əlavə olunur və 10-15 dəqiqə ərzində vam odda qapaq altında qaynadılır. Daha sonra soyudulur, süzülür və vannaya əlavə olunur (su ilıq olmalıdır). Belə müalicəvi vannaları həftədə 2-3 dəfə 15-20 dəqiqə ərzində qəbul etmək lazımdır.

İynəyarpaq güclü antiseptik və iltihabəleyhinə təsirinə malikdir, öskürəklə mübarizə aparır, boğaz ağrısını azaldır. Dəmləmə hazırlamaq üçün 2 qaşıq xırda doğranmış iynəyarpaq 1 stəkan qaynar suda 30 dəqiqə ərzində dəmlənilir və gün ərzində 1/3 stəkan həcmində qəbul olunur. Dəmləməyə 1 çay qaşığı bal və limon əlavə etmək olar.

Həmçinin iynəyarpaqla inhalyasiyalar da çox yaxşı müalicəvi effekt verir. Bunun üçün 1/2 stəkan xırda doğranmış iynəyarpağın üzərinə 1/2 l qaynar su əlavə olunur, vam odda 10 dəqiqə ərzində qapaq altında qaynadılır. Dəmləmə bir qədər soyandan sonra onun buxarı ilə nəfəs alın.

İynəyarpaq dəmləməsi (qarqara şəklində) həmçinin ağız boşluğunda olan iltihabların qarşısını alır, damaq problemləri ilə mübarizə aparır, damaqları möhkəmləndirir.

İynəyarpaq varikoz xəstəliyi zamanı da yaxşı müalicəvi effekt verir - damarların divarlarını möhkəmləndirir.

İmmun sisteminin möhkəmləndirilməsi üçün iynəyarpaq çayından istifadə edin. 1 stəkan qaynar suda 1 xörək qaşığı xırda doğranmış iynəyarpaq dəmləyin, 30 dəqiqədən sonra süzün və bal və limon əlavə edib çay kimi için.

Çində koronavirus xəstələrinin müalicəsində dərmanlarla yanaşı bitkilər də istifadə olunur. Bunların arasında biyan kökü, efedra bitkiləri və iynəyarpaq əsas yer tutur.

Saglamolun.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:212
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 18:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see350

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see341

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see337

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see309

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see308

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see250

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see247

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see234

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see229

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see227

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see223

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see218

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see213

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see204

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see203

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see202

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see201

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see191

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see188

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri