Icma.az
close
up
RU
Unikal müalicəvi məhsul MUMYA. Bütün xəstəliklərə ÇARƏdir

Unikal müalicəvi məhsul MUMYA. Bütün xəstəliklərə ÇARƏdir

Icma.az, Saglamolun portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Mumya nadir və çox qiymətli təbii müalicəvi maddədir. Bu maddə əsasən Hindistanda, Tibetdə və həmçinin Altayda (Rusiya) dağlardan yığılır.

Saglamolun.az bildirir ki, mumya güclü ümumimöhkəmləndirici, iltihabəleyhinə, ödqovucu, bakterisid, bərpaedici təsirə malikdir.

Təbii mumya qara-qəhvəyi rəngdə olan elastik parıltılı maddədir. Mumyanın spesifik iyi və acı dadı var. Mumya suda tam həll olunur və su qəhvəyi rəng alır.

Mumyanın unikal müalicəvi xüsusiyyətləri insanlara qədim zamanlardan məlumdur. Mumya və onun müxtəlif xəstəliklər zamanı istifadəsi haqqında məlumat dahi Avisenna və Aristotelin elmi işlərində tapılıb.

Mumya nadir kimyəvi tərkibə malikdir. Onun tərkibində hormonlar, fermentlər, aminturşular, vitaminlər, efir yağları, minerallar və s. var.

Bu maddə orqanizmdə gedən bərpa proseslərini sürətləndirir və gücləndirir. Mumya immum sisteminə çox müsbət təsir edir - gücləndirir, viruslara və infeksiyalara qarşı davamlılığını artırır, orqanizmə ümumimöhkəmləndirici təsir edir.

Bir çox elmi araşdırmalar sübut edib ki, mumyanın sınıqlar zamanı istifadəsi sınmış sümüklərin bərpasını xeyli sürətləndirir. Bu xüsusilə yaşlı insanlar üçün vacibdir. Bu kateqoriya insanlarda sınıqlar uzun müddət  bitişmir və tez-tez çox ağır pozulmalara, əliliyə, hətta ölümə (bud boyuncuğunun sınığı zamanı) səbəb olur.

Mumya sinir sisteminə çox müsbət təsir edir, sakitləşdirir, stresi azaldır.

Mumya ürək-damar sisteminə, qan tərkibinə çox müsbət təsir edir.

Uzun müddət ərzində sağalmayan, irinli yaralar və trofik xoraları zamanı mumya çox yaxşı təsir edir - yaraları təmizləyir, toxumaların bərpasını sürətləndirir.

Mumya kosmetologiyada müxtəlif maskaların tərkibində istifadə olunur. Mumya əsasında maskalar dərini çox yaxşı təmizləyir, saçları bərpa edir, tökülməsini azaldır.

Mumya həm daxilə qəbul olunur, həm də kompres, maska, məlhəm və s. şəklində istifadə olunur.

Mumya daxilə 0,2-0,5 qr miqdarında (təxminən buğda toxumu ölçüsündə) qəbul olunur. Uşaqlar üçün bu dozanın yarısı və ya 1/3 hissəsi götürülür (uşağın yaşından asılı olaraq).

Mumya səhər tezdən acqarına yeməkdən ən azı 30 dəqiqə əvvəl qəbul olunur. Mumyanın spesifik dadı var və bu səbəbdən mumyanı ballı su ilə içmək olar. Müalicə kursu 7-10 gün təşkil edir. 10 gün fasilə verilir və kurs yenə təkrarlanır.

Saglamolun.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:277
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 22:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see384

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see312

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see275

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see265

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see262

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see250

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see250

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see238

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see237

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see225

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see222

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see220

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see214

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see213

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see211

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see210

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see209

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see208

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see199

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri