İyulda hərbi helikopterin qəzaya uğradığı yerdən ikinci cəsəd tapılıb
Avtosfer saytından alınan məlumata görə, Icma.az bildirir.
Qazaxıstan xilasediciləri Almatı vilayətindəki Sorbulak su anbarı yaxınlığında "EC145" hərbi helikopterinin qəzaya uğradığı yerdə ikinci şəxsin cəsədini tapıblar.
Avtosfer.az-ın xəbərinə görə, bu barədə Qazaxıstan Müdafiə Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.
"EC145" helikopterinin qəzaya uğradığı ərazidə davam etdirilən axtarış-xilasetmə əməliyyatları zamanı ikinci cəsəd tapılaraq sudan çıxarılıb. Hazırda müvafiq orqanların iştirakı ilə cəsədin şəxsiyyətinin müəyyən olunması prosesi davam etdirilir", - məlumatda deyilir.
Xatırladaq ki, iyulun 25-də Qazaxıstanın Almatı vilayətində EC-145 hərbi helikopteri radarlardan itib. Təyyarədə üç ekipaj üzvü olub. Avqustun 9-da Qazaxıstan Müdafiə Nazirliyinin Mətbuat xidməti məlumat verib ki, təxminən 14 m dərinlikdə təyyarənin fraqmentləri və bir nəfərin meyiti aşkar edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:55
Bu xəbər 10 Avqust 2025 16:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















