Icma.az
close
up
RU
Kolumbun qəzaya uğradığı yerdən gəlirlər Haiti millisi ilə Sumqayıtda…

Kolumbun qəzaya uğradığı yerdən gəlirlər Haiti millisi ilə Sumqayıtda…

futbolpress-az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycan millisi yoldaşlıq oyununda Haiti seçməsi ilə qarşılaşacaq. Görüş martın 22-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutacaq.

Budəfəki sparrinq rəqibin adı geniş kütləyə o qədər tanış gəlmədiyi üçün sözügedən oyuna qeyri-ciddi yanaşanlar da var. Halbuki Karib hövzəsindəki kiçik ada dövlətlərindən biri olan Haiti FIFA reytinqində Azərbaycandan 31 pillə öndə – 86-cı pillədədir (red-Azərbaycan 117-cidir).

Haiti yığmasının bütün oyunçuları legioner həyatı yaşayır. Yaş ortalaması 27,6 olan bu millinin üzvləri Fransa, Kolumbiya, Türkiyə, Albaniya, ABŞ, Yunanıstan, hətta Ermənistan kimi ölkələrin liqalarında forma geyinir. Heyətin ən bahalı oyunçusu Frantsdi Pyerrodur. Yunanıstanın AEK klubunda çıxış edən hücumçunun “transfermarkt”da dəyəri 3,5 milyon avro göstərilir. Maraqlıdır ki, Pyerro ötən il avqustun 1-də “Makkabi” (İsrail) heyətində Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Sabah”a qarşı oynayıb və Bakıda keçirilən cavab matçında (3:6) 67 və 91-ci dəqiqələrdə qol vurub.

Onunla yanaşı heyətdə Dakins Nazon (“Kayserispor”, Türkiyə), Luisius Don Didson (“Odense”, Danimarka), Karlens Arkus (“Anje”, Fransa) kimi dəyəri 1 milyon avrodan yüksək olan oyunçular var. Haiti seçməsində Avropanın TOP-5 çempionatlarında oynayan yeganə futbolçu Arkusdur.

Haiti millisinə fransalı Sebastyen Mayne rəhbərlik edir. O, ötən ilin martında bu komandanın “sükanı arxasına” keçib. Onun dönəmində Haiti keçirdiyi 8 oyunun hamısında qalib gəlib. Rəqibimizin son məğlubiyyəti 2 il əvvəl Yamaykaya ilə oyunda olub.

Haiti millisi sonuncu dəfə 12 il əvvəl Avropadan bir komanda ilə qarşılaşıb. 2013-cü ildə İtaliya ilə üz-üzə gələn “üsyançı amerikalılar” heç-heçəyə nail ola bilib – 2:2.

Ordan gəlib Azərbaycanda karyerasını davam etdirən futbolçular olub – Donald Gerye (“Qarabağ”, “Neftçi”), Soni Mustivar (“Neftçi”), Brayan Alseus (“Zirə”), Soni Norde (“Zirə”). 2022-ci ilin yanvarından iyuluna kimi “Zirə”də çıxış edən Alseus hazırda Ermənistanda “Pünik”də forma geyinir.

Şahin Cəfərov

P.S. Xristofor Kolumbun Hindistana dəniz yolunu kəşf etmək üçün yola çıxıb, ancaq səhvən gəlib çıxdığı adada qurulub Haiti. Kolumb ekspedisiyasının üç gəmisindən biri – “Santa Mariya” gəmisi indiki Haiti sahillərində qəzaya uğramışdı. Ayın 22-də Kolumbun Hindistan bilib, geri qayıtdığı həmin torpaqlardan qonaqlarımız gələcək. 8 oyunluq qalibiyyət seriyası ilə…
Maraqlı olacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 04 Mart 2025 16:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see233

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see219

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see210

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see201

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see194

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see186

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see185

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see173

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see171

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

21 Yanvar 2026 17:13see170

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see167

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see159

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see157

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see156

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see153

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see150

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri