Icma.az
close
up
RU
İyunda orta aylıq temperatur iqlim normasından yuxarı olub

İyunda orta aylıq temperatur iqlim normasından yuxarı olub

Icma.az, Apa.az portalına istinadən məlumat verir.

2026-cı ilin iyun ayında Bakı və Abşeron yarımadasında havanın temperaturu iqlim norması ilə müqayisədə 21 gün normadan yuxarı (1–7 dərəcə), 9 gün normadan aşağı (0–2 dərəcə) olub. Orta aylıq temperatur 24 dərəcə isti olub ki, bu da iqlim normasından 1 dərəcə yuxarıdır.

APA xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib.

Onun sözlərinə görə, Bakı və Abşeron yarımadasında iyun ayında maksimal temperatur iyunun 19-da 37 dərəcə isti (Sumqayıt) , bölgələrdə isə (Culfa) iyunun 20-də 40 dərəcə isti qeydə alınıb. Havanın minimal temperaturu Bakı və Abşeron yarımadasında iyunun 3-də 11 dərəcə isti (Maştağa), yüksək dağlıq ərazilərdə isə həmin gün temperatur 0 dərəcəyə yaxın (Şahdağ) olub.

“İyun ayının bəzi günlərində hava şəraiti fasilələrlə yağıntılı olub, şimşək çaxıb, dağlıq ərazilərdə qar yağıb. Bəzi yerlərdə yağıntılar leysan xarakterli intensiv və güclü olub. Ən çox yağıntı bölgələr üzrə aylıq normanın 168 faizi olmaqla Balakən-Şəki zonasına (Kişçay-Şəki 170 mm), aylıq normanın 295 faizi olmaqla Mərkəzi Aran zonasına (Biləsuvar 59 mm) və aylıq normanın 258 faizi olmaqla Bakı və Abşeron yarımadasına (Bakı 26 mm) düşüb. Yağan qar nəticəsində qar örtüyünün maksimal hündürlüyü iyunun 07-də Şahdağda 1 sm qeydə alınıb”, - Nazim Mahmudov bildirib.

N.Mahmudov qeyd edib ki, iyun ayı ərzində Daşkəsən, Gədəbəy, Zaqatala, Tovuz, Qazax, Göygöl, Tərtər, Kəlbəcər, Laçın, Zəngilan, Qubadlı və Ağstafa rayonlarının bəzi kəndlərində dolu müşahidə olunub. Ən iri dolu Ağstafa rayonunda qeydə alınıb və diametri 25–28 mm təşkil edib.

“İyun ayının bəzi günlərində küləkli hava şəraiti ilə bağlı 6 sarı və narıncı xəbərdarlıq verilib. Bakı və Abşeron yarımadasında 6 gün, bölgələrdə isə 23 gün küləkli hava şəraiti müşahidə olunub, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında və bölgələrdə 28 m/s-dək güclənib”, - o vurğulayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://apa.az
archiveBu xəbər 01 İyul 2026 19:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see330

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see322

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see313

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see272

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see269

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see254

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see250

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see249

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see248

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see236

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see234

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see214

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see212

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see211

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see206

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see195

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see194

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see184

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri