Icma.az
close
up
RU
İyunun 14 ü Ümumdünya Qan Donoru Günüdür

İyunun 14 ü Ümumdünya Qan Donoru Günüdür

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 14 iyun, AZƏRTAC

Donor olmaq, başqasının yaşaması üçün ən zəruri komponentlərdən olan qan vermək çox xeyirxah və faydalı işdir. Aparılan tədqiqatlar sübut edib ki, 400-450 millilitr qan vermək sağlam insanın səhhətinə və əmək qabiliyyətinə mənfi təsir etmir. Əksinə, təkrar qanvermə qanda şəkərin, zərərli lipoproteinin, qan təzyiqinin, ürək döyüntüsünün azalmasına kömək edir, ürək xəstəlikləri riskini azaldır.

AZƏRTAC xatırladır ki, 2005-ci ilin mayında Cenevrədə keçirilən Dünya Səhiyyə Təşkilatı Assambleyasının 88-ci sessiyasında iyunun 14-nün könüllü qan verən donorların şərəfinə Ümumdünya Qan Donoru Günü kimi qəbul olunması barədə qərar qəbul edilib.

Həmin günün iyunun 14-də qeyd edilməsi Avstriyadan olan məşhur həkim-immunoloq, qan qruplarını kəşf etmiş Nobel mükafatı laureatı Karl Landşteynerin doğum günü ilə əlaqədardır.

Ümumdünya Qan Donoru Gününün qeyd olunması ictimaiyyətin diqqətini insanlığın təhlükəsiz qan və qan komponentlərinə olan tələbatına cəlb etmək, bu sahədə əhalini məlumatlandırmaq və başqalarının həyatını xilas etmək naminə təmənnasız olaraq öz qanını verən xeyirxah və mərhəmətli qan donorlarına hörmət və ehtiram göstərmək məqsədi daşıyır. Şəfqət, mərhəmət, humanizm kimi xeyirxah hissləri özündə birləşdirən həmin günün təsis edilməsinin təşəbbüskarı Ümumdünya Səhiyyə Təşkilatı, Qızıl Xaç və Qızıl Aypara cəmiyyətləri, Beynəlxalq Donor Qanı Təşkilatı və Beynəlxalq Qanköçürmə Cəmiyyətidir.

Həmin günlə əlaqədar keçirilən tədbirlərdə BMT-yə üzv olan 193 dövlət, 186 milli Qızıl Xaç və Qızıl Aypara cəmiyyəti, həmçinin onlarla könüllü donor təşkilatları və dünyanın müxtəlif ölkələrindən çoxlu qanköçürmə mütəxəssisləri iştirak edir.

Hər il dünyada təxminən 118,5 milyon donor qeydiyyatdan keçir və onların təxminən yarısı dünya əhalisinin 16 faizini təşkil edən yüksəkgəlirli ölkələrdə yaşayır. Başqa sözlə desək, 62 ölkə könüllülərin təmənnasız verdiyi qan hesabına tam qan ehtiyatlarına malikdir.

Ümumdünya Qan Donoru Günü təmənnasız qan donorlarının şərəfinə qeyd olunan xüsusi gündür. Təhlükəsiz qan və qan məhsulları barədə məlumatlılığın artırılması bu sahədə başlıca hədəflərdən biridir.

Ölkəmizdə də mütəmadi olaraq qanvermə aksiyaları təşkil edilir. Hər il müxtəlif vaxtlarda, xüsusilə Aşura mərasimlərində kütləvi qanvermə aksiyaları keçirilir. Azərbaycanda, eləcə də dünyada ən çox rast gəlinən O (I) Rh+ və A (II) Rh+ qan qruplarıdır. Bu qan qruplarından olan insanların çox olması qan donorluğunda da öz təsirini göstərir. Çünki xəstələrin əhəmiyyətli bir hissəsi O(I)Rh+ və A(II)Rh+ qan qruplarına aiddir. Qan qrupundan asılı olmayaraq, hər zaman donorluğa ehtiyac var. Qan donoru kimi sağlam insanların qəbul ediləcəyini nəzərə alaraq, imtina kriteriyaları iki qrupa bölünür: daimi və müvəqqəti. Qan və qan komponentləri irsi qan xəstəlikləri (talassemiya, hemofiliya və s.), immun çatışmazlığı, ağır anemiya, qan və sümük iliyi xəstəliklərindən əziyyət çəkən, fövqəladə hallar, fəlakət və qəzalarda travma alanlar, tibbi və cərrahi prosedurlardan keçən xəstələrə və hamiləlik və doğuşla əlaqəli qanaxması olan qadınlara sərf olunur. Bəzi xəstəliklər zamanı daha tez qan komponentinin köçürülməsinə zərurət yaradır. Ona görə də qana daim ehtiyac var və alınandan sonra 42 gün ərzində istifadə edilməlidir.

Daimi imtina kriteriyalarına Addison xəstəliyi, Hepatit (B və C), AIDS (HIV), sifilis, xroniki ürək damar, böyrək, qaraciyər çatışmazlığı olan şəxslər, xronik nefrit, kardiomiopatiya, orqan transplantasiyası olan şəxslər, irsi qan xəstəlikləri, anemiyası olanlar və digər tibbi göstərişlər daxildir. Yaşı 18-dən 65-dək və çəkisi 50 kiloqramdan artıq olan hər kəs donor ola bilər. Qan verməmişdən 72 saat əvvəl qanduruldan dərmanlar qəbul edilməməli, azı bir sutka əvvəldən alkoqol qəbul olunmamalıdır. Qızardılmış, istiotlu, duzlu, hisə verilmiş yeməklərdən, həmçinin banan, yumurta, süd məhsulları və yağdan istifadə etmək məsləhət görülmür. Yaxşısı budur ki, qidalanmaq üçün şirinçay, kompot, mineral su, mürəbbə, çörək, suxarı, suda qaynadılmış yarma, balıq, tərəvəz və meyvədən istifadə olunsun.

Qan verdikdən sonra isə 30 dəqiqə ərzində avtomobil idarə etmək tövsiyə edilmir. Həmçinin bədənin bərpası üçün şokolad yemək, şirə, kompot və ya çay içmək lazımdır. Bundan əlavə, gün ərzində ağır fiziki işlərlə (intensiv məşq, yük qaldırma) məşğul olmaq məqsədəuyğun sayılmır. Eyni zamanda, tütünçəkmə və spirtli içkilər kimi zərərli vərdişlərdən uzaq durmaq tövsiyə olunur.

Hər gün qəzalar, əməliyyatlar baş verir. Bu zaman qana ehtiyac yaranır. Donor bir və ya bir neçə nəfərin həyatını xilas edə bilər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:180
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 İyun 2025 10:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see317

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see316

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see307

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see298

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see281

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see265

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see258

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see247

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see214

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see214

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see207

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see206

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see202

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see200

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see192

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see189

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see188

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see183

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see181

İstanbulda Kızılelma yolunda Türkiyə Azərbaycan arası əməkdaşlıq və ticarətin inkişafı proqramı düzənləndi

17 Oktyabr 2026 21:18see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri