İzmir meriyasında rüşvət iddiası: 126 nəfər saxlanıldı
Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Türkiyədə polis İzmir meriyasında rüşvət iddialarına dair aparılan istintaq çərçivəsində 126 nəfəri saxlayıb.
Oxu.Az "Anadolu" agentliyinə istinadla xəbər verir ki, saxlanılanlar arasında İzmirin keçmiş meri Tunç Soyer də var.
Bu iş üzrə adları hallananlar arasında meriyaya bağlı olan "İZBETON AŞ" tikinti şirkətinin keçmiş baş direktoru Heval Savaş Kaya və şəhər administrasiyasının məmurları var.
Bu tikinti şirkətinə 2020-ci ilin oktyabrında İzmir bölgəsində baş vermiş dağıdıcı zəlzələdən sonra yenidənqurma işləri aparmaq üçün genişləndirilmiş səlahiyyətlər verilmişdi. Həmin vaxt 7 bal gücündə zəlzələ baş vermişdi və 100-dən çox insan ölmüşdü.
"İZBETON AŞ" rəhbərliyi kənar şirkətlər üçün nəzərdə tutulan tenderləri manipulyasiya etməkdə və qeydə alınmış xidmət və işlərin yerinə yetirilməməsində və ya qismən yerinə yetirilməməsində ittiham olunur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:40
Bu xəbər 02 İyul 2025 01:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















