İzmir də silahlı mütəşəkkil cinayətkar qrupa qarşı əməliyyat: 6 nəfər saxlanıldı
Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.
İzmirin Bayındır və Torbalı rayonlarında silahlı mütəşəkkil cinayətkar qrupa qarşı keçirilən əməliyyat zamanı 6 şübhəli saxlanılıb.
Redaktor.az xəbər verir ki, Bayındır Baş Prokurorluğunun rəhbərliyi ilə Rayon Jandarma Komandanlığı tərəfindən aparılan istintaqda müəyyən edilib ki, şübhəlilər narkotik maddələrin istehsalı və satışı ilə məşğul olub, vətəndaşları təzyiq və zorakılıqla kənd təsərrüfatı sahələrini icarəyə verməyə və ya satmağa məcbur ediblər, hədə-qorxu ilə pul alıblar və bir fermaya silahla hücum ediblər.
Aralarında cinayətkar qrupun başçısı T.B-nin də olduğu 6 nəfər 6 ay müddətində fiziki və texniki müşahidəyə alınıb.
Saxlanılma qərarından sonra 11 ünvana eyni anda əməliyyat keçirilib. Nəticədə T.B ilə yanaşı A.G, S.Y, U.K, Ö.B və S.Ü. də ələ keçirilib.
Kənan YUSİF
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 25 Aprel 2025 20:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















