İzmirdə insan tələfatı yaşanır YENİLƏNİB/VİDEO
Bizim media portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Türkiyənin İzmir vilayətinin Aliağa rayonunda yerləşən dəmir-polad zavodunda baş verən partlayış nəticəsində ölənlərin sayı 16-ya yüksəlib.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra keçirdiyi mətbuat konfransında məlumat verib.
Onun sözlərinə görə, hadisə zamanı daha 13 nəfər xəsarət alıb. Yaralılardan ikisinin vəziyyəti ağırdır.
Ərdoğan bildirib ki, partlayışla bağlı məhkəmə və inzibati araşdırmalara başlanılıb.
“Millət olaraq hamımızı dərindən sarsıdan bu faciənin nə səbəbdən və necə baş verdiyi, kimin səhlənkarlığa yol verdiyi və kimin məsuliyyət daşıdığı müəyyən ediləcək”, – deyə Türkiyə lideri vurğulayıb.
***18:44
Türkiyənin İzmir şəhərində zavodda baş verən partlayış nəticəsində ölənlərin sayı 10 nəfərə yüksəlib.
Bizim.Media xəbər verir ki, hadisə zamanı daha 15 nəfər xəsarət alıb. Onlardan 4-nün vəziyyəti ağır qiymətləndirilir. Hazırda ərazidə axtarış-xilasetmə işləri davam etdirilir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hadisə ilə bağlı ölkənin daxili işlər naziri, eləcə də energetika və təbii sərvətlər nazirindən mütəmadi məlumat aldığını və vəziyyətin inkişafını izlədiyini bildirib.
Qeyd edək ki, hadisə noyabrın 9-da saat 11:30 radələrində Çakmaklı məhəlləsində, Atatürk küçəsində yerləşən zavodda qeydə alınıb. Hadisə yerinə çoxsaylı yanğınsöndürən və tibbi yardım briqadaları cəlb olunub.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 09 Noyabr 2026 21:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















