Icma.az
close
up
RU
Menu

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

İbrahim Tatlısesin model gəlininin evini su basdı

Liqa 1: PSJ dən geridönüş

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

“İzzət” kino mükafatının təqdimatı olub

“İzzət” kino mükafatının təqdimatı olub

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 28 yanvar, AZƏRTAC

Azərbaycan Kinematoqrafçılar İttifaqında (AKİ) “İzzət” kino mükafatının ilk təqdimetmə mərasimi keçirilib.

Azərbaycan Kinematoqrafçılar İttifaqından AZƏRTAC-a bildirilib ki, Azərbaycanın ilk kinoaktrisası, “Sevil” filmində Sevil, “Almaz”da Almaz obrazlarının mahir ifaçısı kimi tanınan İzzət Orucovanın şərəfinə adlandırılmış mükafat Azad Mirzəcanzadə İnkişaf Proqramının 2-ci dalğasının qalibidir. Mükafat AKİ-nin beynəlxalq əlaqələr və layihələr üzrə meneceri, kinorejissor Afaq Yusifli tərəfindən təsis edilib və Azərbaycan kinosunda qadınların rolunu və təmsilçiliyini artırmaq məqsədi daşıyır. Mükafatın ilk qalibləri rejissor, AKİ-nin katibi Oleq Səfərəliyev, kinotənqidçi Sevda Sultanova, rejissor İlqar Nəcəf və rejissor, prodüser Türkan Hüseyndən ibarət münsiflər heyəti tərəfindən seçilib.

“İzzət” kino mükafatının ilk qalibləri aşağıdakılardır:

Sevil Beynəlxalq Qadın Sənədli Filmlər Festivalı – Azərbaycan kinosunda qadınları ön plana çıxaran beynəlxalq film festivalı təşəbbüsü və uğurlu fəaliyyətinə görə (mükafat təşkilati heyət adından festivalın meneceri Nəzrin Əsgərovaya təqdim edilib);

Prodüser Sevinc Əliyeva – Azərbaycan kinosunda uğurlu prodüser fəaliyyətinə görə;

“Oyuq” və “Küllücə” teatr-studiyalarının, “Oyun” müstəqil inklüziv teatrının rəhbəri, “Çamodanlar” bədii tammetrajlı, “Qırxdan sonra” bədii qısametrajlı filmlərin rejissoru Səidə Haqverdiyeva – Azərbaycan kinosunda uğurlu rejissorluq fəaliyyətinə görə; Kinotənqidçi, Azərbaycan Kino Tənqidçiləri və Kinoşünasları Gildiyasının sədr müavini, Kinoyazar.az saytının baş redaktoru Aygün Aslanlı – Azərbaycan kinosunda uğurlu kinotənqidçi fəaliyyətinə görə.

Azərbaycan Kinematoqrafçılar İttifaqı və Gənc Film İstehsalçıları Assosiasiyasının təşkilati dəstəyilə təsis edilən “İzzət” kino mükafatı nəinki Azərbaycanda, bütün Qafqaz, post-sovet və türk ölkələrində ilk təşəbbüsdür. Mükafatın beynəlxalq arenada peşəkar kinematoqrafçılara da təqdim olunması üçün artıq Qazaxıstan və Qırğızıstandan əməkdaşlıq təklifləri gəlib. Layihə yaxın gələcəkdə beynəlxalq arenaya çıxmağı, qaliblərə verilən pul mükafatı fondunu artırmağı qarşısına məqsəd qoyub. Layihə gələcəkdə Azərbaycan kinosunun qadın seqmentinin inkişafına töhfə vermiş kişi kinematoqrafçıları da mükafatlandırmağı nəzərdə tutur.

“İzzət” kino mükafatlarının təqdimetmə mərasimində fəxri qonaq qismində İzzət Orucovanın yaxın qohumları da iştirak ediblər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:206
embedMənbə:https://azertag.az
archiveBu xəbər 28 Yanvar 2026 10:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see454

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see436

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see419

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see289

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see286

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see270

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see269

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see251

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see244

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see236

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see228

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see221

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see209

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see202

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see197

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see197

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see195

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see189

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see172

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri