Icma.az
close
up
RU
İzzət Bağırov kimdir?

İzzət Bağırov kimdir?

Icma.az, Kulis.az portalına istinadən məlumat yayır.

Bu gün müğənni İzzət Bağırovun doğum günüdür.

Kulis.az onun haqqında materialı təqdim edir.


İzzət Bağırov 17 may 1976-cı ildə anadan olub, əslən Balaxanlıdı.

Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin tar, xanəndəlik sinfini və İncəsənət Universitetinin musiqili teatr fakültəsini bitirib.
Xanəndə sinfində ona Əlibaba Məmmədov, vokalda isə Ziya Bağırov dərs deyib.

***

“Səni sevməyən ölsün”, ”Bəs neynəyim?”, “Dost”, “Söylə”, “Yaradanım”, “Bu gözəlin xətrinə”, “Səndən ayrı” mahnıları ilə sevilən sənətçi 1995-ci ildən populyarlaşıb.

***
2 dəfə ailə qurub. İlk evliliyi uzun sürməyən müğənnin birinci evliliyindən övladı olmasa da, ikincidən 3 uşağı olub. Sonuncu övladları əkiz doğulub.

***

İfaçı müxtəlif illərdə “Yaz yuxusunun işığı (1996), “Yanmış körpülər” (2003), “Şans” (2004), “Moskva-Bakı” qatarı” (2005), “Ayrılıq imiş” (2008), “Oyunçu” (2008) kimi filmlərdə rol alıb.

***
Ssenari müəllifi olduğu və baş rolunu canlandırdığı “Ümidlər puç olanda” filminin afişasını yayımladıqdan sonra ekran işi barədə müxtəlif fikirlər səsləndirilib. Çoxları İzzət Bağırovu “müğənni yaxşı film çəkə bilməz” deyərək tənqid edib.
İfaçı tənqidlərə cavab olaraq bildirib:
“Mən rejissor deyiləm, film də oyuncaq deyil. Adi mahnı yazdıranda həftələrlə vaxt sərf edirsən. “Ümidlər puç olanda” filminin ssenarisini 1 ilə yazmışam. Rejissor kimi kamera arxasına keçsəydim, məni tənqid etmələri normal idi. Rejissoru Samir Qulamovdur. Ona ssenari haqqında danışdım. Dedi ki, görüşək, danışaq. Ssenari ilə tanış olandan sonra çox bəyəndi, əl-ələ verib, çəkməyimizi təklif etdi. Beləcə çəkilişlər başladı. Ssenarini hər kəs yaza bilər. Azərbaycanlılar romantikdir, xəyal qüvvəmiz genişdir. İkinci sinif şagirdi də maraqlı, kiçik ssenari yaza bilər. Bu məsələni şişirtmələri normal deyil. Təəccübləndim ki, baxmadıqları film haqqında necə fikir yürüdürlər? Filmi izlədikdən sonra kimsə bəyənməsəydi, tənqid etsəydi, normal qarşılayardım”.

***

Müğənni 2021-ci ildə maraqlı açıqlaması ilə gündəmə gəlib. “Youtube” layihələrindən birində qonaq olan ifaçı sənətinin hər şeyini əlindən aldığını etiraf edib:
“Müğənnilik məndən hər şeyimi aldı. Əgər bu sənəti deyil, başqa bir peşəni seçsəydim, rahat həyatımı yaşayardım. Müğənni rahat yaşaya, rahat ola bilmir”.

***
Efirlərdə çox vaxt qəmgin görünən, ifa etdiyi mahnıların əksəriyyəti kədərli olan sənətçi verilişlərdən birində bu haqda danışarkən bunun sırf şəxsi problemlərlə bağlı olduğunu bildirib:
“Bu barədə danışmağı heç xoşlamıram. Çünki bunlar mənim şəxsi problemlərimdir və heç kimi buna şərik etmək fikrim də yoxdur”.
***
Dindar və ciddi xarakteri olan İzzət Bağırov göz önündə olmağı sevməyib. Hətta sənətçinin “İnstagram” hesabım belə yoxdur.

***
Özünəməxsus geyim tərzi və xarakteri ilə diqqət çəkən müğənni mahnı səsləndirərkən mikrofonu atıb-tutması ilə bir çox insanların gülüş obyektinə çevrilib. Onun obrazı parodiyalardan da yan keçməyib. Daha çox aktyor Müşviq Şahverdiyev tərəfindən parodiya olunan ifaçı bundan özünün də xoşu gəldiyini bildirib:
“Müşviqin məni parodiya etməsi özümə ləzzət edir və xoşuma da gəlir. Deməli, mən gündəmdəyəm və populyar olduğum üçün məni parodiya edirlər”.

***
Musiqiçi proqramlardan birində illərdir eyni tərzdə geyindiyi üçün onu tənqid edənlərdən söz açarkən qeyd edib:
“Mən onlara bir söz demərəm, çünki hərə öz sözünə və geyiminə cavabdehdir. Bu yaxınlarda bir xanım sənətçi ilə verilişdə oldum. Mənə qayıdıb deyir ki, “əvvəllər namaz qılırdım, amma indi sənətimlə bağlı namaz qıla bilmirəm”. Sonra da efirdən deyir ki, “mən özüm yarılüt şəkildə efirə çıxıram ki, əks cinsi özümə cəlb edim və pərəstişkar toplayım”. Sözə bax, a. Əgər özünə pərəstişkar yığmaq istəyirsənsə, işləmək lazımdır. Yarılüt şəkildə efirə çıxmaq yox…”


***
2019-cu ildə şadlıq evlərindən birində keçirilən ad günü mərasimində müğənni İzzət Bağırova hücum olunub. Sonradan İ.Bağırova hücum çəkən məclisdəki bir qrup qonaq və ev sahibi Novruz Aslanlı müğənni ilə görüşüblər. Görüşdə tərəflər bir-birini dinləyib və ədavətə son qoymağa qərar verilib. Mübahisəyə səbəb qonağın operatordan müğənnini deyil, onları lentə almağı xahiş etməsi olub. İ.Bağırov sözügedən şəxslərdən şikayətçi olmayacağını söyləyib. Hər iki tərəf mübahisənin anlaşmazlıqdan baş verdiyini bildirib və barışıq əldə olunub.
***

Bir neçə il öncə İzzət Bağırovun pulsuzluqdan evdən çıxmadığı barədə mediada xəbərlər yayılıb. Müğənni “X maqazin” verilişində məsələyə aydınlıq gətirib:
“Pulsuzluqdan evdən çıxmadığım barədə yayılan xəbərlər yalandır. Toylarımız var, zəhmət çəkib, qazanıram. “Ümidlər puç olanda” adlı film çəkmişəm, bütün xərcləri cibimdən vermişəm. Filmdən sonra məni itirib-axtarmayanlar dostlarımdan nömrələrimi istəyir. Deyirəm ki, sözünü sizə desinlər. Mən elə populyarlıq qazanmışam ki, heç kim mənim işığımı söndürə bilməz. Allah istəmədən kimsə məni yıxa bilməz”.

***


İfaçı laqeyd münasibətlərinə görə, ətrafındakı insanların çoxunu həyatından silib. Hətta bir dəfə telefonu əlinə alıb nömrələri silməyə başlayıb. Bu cür alınmadığını görüb bulvara gedib, telefonu dənizə atıb.

***
Əməkdar artistlər aktyor Elşən Cəbrayılov və Əkbər Əlizadə ifaçının tələbəlik yoldaşları olub.

Elşən Cəbrayılov İzzət haqqında danışarkən onun tələbəlik vaxtlarından özünü İbrahim Tatlısəsə oxşatdığını, onun kimi geyindiyini bildirib:

“İzzət heç kimə qarşı kobudluq etməzdi. Təmkinli insane idi. Ağıllı, dost qədri bilən idi. O, İbrahim Tatlısəsin vurğunudur. İnanmıram ki, İzzət qədər Tatlısəsi sevən olsun. Hamı deyirdi ki, İzzət özünü ona oxşadır, onun kimi geyinir. Bir dəfə İzzətin qanı qara idi. Soruşdum: “Nə olub?”. Dedi: “Bir pencək var, ondan axtarıram. Tapşırmışam, bilmirəm, gətirəcəklər, ya yox”. Mən də dedim: “Tatlısəsin pencəyindən?”. Güldü, bir az da ciddi cavab verdi: “Sən də başladın. Bir sən deməmişdin”.

***
İllərdir səhnədə olan sənətçi indiyə qədər heç bir fəxri ad almayıb.
Özü də verilişlərin birində bundan şikayətlənib:
“Siyahıda adlar çıxdıqca baxıram, pis oluram, küsürəm. Özümə sual verirəm ki, “Axı niyə?” Elə bir tamaşaçı yoxdur ki, bu fikrimlə razılaşmasın. Bu çıxışı ona görə etmirəm ki, mənə fəxri ad versinlər. Sadəcə mənə qarşı olan bu laqeydliyə münasibət bildirirəm”.

Rus dilindəki türk mənşəli sözlər - Firuz Mustafa Qulu Ağsəsin labirintləri - Pərvanə Bayramqızı “Avroviziya 2025” başlayır
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://kulis.az
archiveBu xəbər 17 May 2025 12:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Müğənni Rəqsanə İsmayılova həbs edildi

17 Avqust 2025 02:19see202

Ağ Ev bunu təkzib edib...

17 Avqust 2025 20:55see187

Gələn həftə bu bürclər üçün var dövlət dalğası gəlir

16 Avqust 2025 20:03see143

Çelsi Bayerin müdafiəçisini transfer etmək istəyir

16 Avqust 2025 23:49see140

Litva Prezidenti Rusiyaya qarşı təzyiqləri artırmağa çağırıb

17 Avqust 2025 05:16see140

Dünyada ərzaq bahalaşıb Ən çox nələrin qiyməti artıb?

17 Avqust 2025 20:15see138

Ayda saatlarla davam edən zəlzələlər baş verir: NASA hərəkətə keçdi

17 Avqust 2025 06:44see134

Nazirlik məşhur şirkəti buna görə cərimələdi

17 Avqust 2025 00:21see133

“Turan Tovuz” və “Neftçi” üçün də marafon başlayır!

16 Avqust 2025 17:02see133

Sabunçuda 3 otaqlı ev yandı

16 Avqust 2025 17:13see133

Türkiyə Prezidentindən Tramp Putin görüşünə münasibət

16 Avqust 2025 19:56see133

Çindən yeni inqilab: qüvvələr balansı tamamilə dəyişə bilər

16 Avqust 2025 20:04see132

Kurban Berdiyev: “İlk oyun həmişə ağır olur”

16 Avqust 2025 19:46see131

Kanalizasiya suları Bakının məşhur çimərliyinə axır VİDEO

16 Avqust 2025 19:36see130

Azərbaycanın daha bir rayonunda dəbdəbəli yas verilməsi ləğv edilib

17 Avqust 2025 15:06see129

Husilər partadılan elektrik stansiyasını bərpa etməyə başlayıblar

17 Avqust 2025 12:13see128

Sevgilisini məhkəmədə uddu Bu qədər təzminat alacaq

18 Avqust 2025 00:56see125

Yumurtaları belə saxlayın Uzun müddət təzə qalacaq

16 Avqust 2025 22:41see124

Azərbaycanda ilk dəfə donuz modelində Laparoskopik kurs keçirilib

16 Avqust 2025 18:46see119

Böyük fəlakət Ölənlərin sayı 645 nəfərə çatdı

18 Avqust 2025 04:45see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri