Jaklin Defonten: Fransanın siyasəti nəticəsində Qvadelupada yerli dil işləkliyini itirib
Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.
Fransanın müstəmləkə siyasəti nəticəsində Qvadelupada yerli dil işləkliyini itirib.
Bakıvaxtı.az xəbər verir ki, bunu Qvadelupanın Beynəlxalq Qaradərili Xalqlar Komitəsinin (ICBN) rəhbəri Jaklin Defonten Bakıda keçirilən "Kolonializm: Dini-Milli Kimliyin Silinməsi" adlı beynəlxalq konfransda deyib.
O qeyd edib ki, Fransa müvafiq qanun qəbul etməklə müstəmləkə altındakı əhalinin xalq statusunu əlindən alıb:
"Biz indi sadəcə, əhali adlandırılırıq. Ancaq hüquqlarımızı bərpa etməyə çalışırıq. Deportasiyaya məruz qalan xalqların hüquqlarının təmin edilməsini istəyirik. Fransa bizim afrikalılığımızı əlimizdən almağı hədəfləyib. Hətta uşaqlarımıza Afrika mənşəli adlar qoymağımıza da imkan vermirdilər".
J.Defonten vurğulayıb ki, hazırda Qvadelupada yerli dil öz işləkliyini itirib:
"Biz fransız dilindən istifadə etməyə məcbur olunuruq. Adada fransızca danışmayanlar cəzalandırıla bilər.
Uzun müddətdir çalışırıq ki, mədəniyyətimiz tanınsın. Bütün bunlar üçün digər koloniya əraziləri ilə də birlikdə çalışırıq".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 29 Mart 2025 14:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















