Jan Jakob Bisep: Qvadelup bu gün də qida asılılığından əziyyət çəkir
Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"Qvadelup bu gün də qida asılılığından əziyyət çəkir".
Oxu.Az xəbər verir ki, bu fikirləri Bakıda keçirilən "Qvadelupun dekolonizasiyasına doğru! Çağırışlar və perspektivlər" adlı beynəlxalq tematik konfransda çıxışı zamanı Jan-Jakob Bisep deyib.
"Biz təkcə qida təhlükəsizliyindən deyil, ətraf mühitin qorunmasından da danışmalıyıq. Torpaqlar çirklənir, kənd təsərrüfatının və su ehtiyatlarının vəziyyəti pisləşir. Qvadelup Avropanın yeganə bazarının tərkib hissəsi olaraq qalır və bu, regional əməkdaşlığın gücləndirilməsinə mane olur", - deyə o bildirib.
Jan-Jakob Bisep qeyd edib ki, Qvadelupun qonşu ölkələrlə sərbəst ticarət imkanları məhduddur:
"Biz Avropa İttifaqının gömrük siyasətindən çıxmalı və yerli istehsalı artırmalıyıq. Bu həm qida təhlükəsizliyi, həm də iqtisadi müstəqilliyin təmin edilməsi baxımından vacibdir".
Onun sözlərinə görə, Qvadelupun muxtariyyətə nail olması və kənd təsərrüfatında davamlı inkişafın təmin olunması üçün iqtisadi azadlıq əsas şərtdir.
Aləmdə Nəsib
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:59
Bu xəbər 25 İyun 2025 10:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















