Jan Jakob Bisep: Müharibə təsadüfi bir hadisə deyil
Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakı, 19 fevral, AZƏRTAC
Cəmiyyətlərdə sosial münasibətlər, siyasi proseslərdən və hakimiyyət strukturlarından qaynaqlanaraq insanların həyat keyfiyyətinə və ümumi rifahına dərin təsir göstərir. Siyasi fəaliyyət hüquqlara hörmət və ümumi mənafenin qorunması prinsiplərinə əsaslanmalı, üstünlük və hökmranlıq deyil, etik dəyərlər və məsuliyyət ilə istiqamətlənməlidir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Qvadelupanın Azadlığı Naminə Xalq Birliyinin (UPLG) baş katibi, Beynəlxalq Dekolonizasiya Cəbhəsinin Qvadelupa bölməsi üzrə koordinatoru Jan-Jakob Bisep “Neokolonializm və qlobal bərabərsizlik” mövzusunda keçirilən beynəlxalq konfransda söyləyib.
O bildirib ki, müharibə heç vaxt təcrid olunmuş və ya təsadüfi bir hadisə deyil. O, güc balansının pozulması və uzun müddət toplanmış siyasi gərginliklərin fundamental nəticəsidir. “Fransa Prezidenti Fransua Ollandın da ifadə etdiyi kimi, münaqişə dövrlərində siyasi fəzilət bəzən pis niyyətlərin və ideoloji sapmaların təzyiqi altında sınağa çəkilir. Bu səbəbdən ədalətsiz strukturlaşmalara, bəzi ictimai sistemlərdə mövcud olan istismar və kolonialist miraslara qarşı mübarizəni davam etdirmək vacibdir ki, daha ədalətli və tarazlı cəmiyyətlər qurmaq mümkün olsun”, - deyə Jan-Jakob Bisep qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:150
Bu xəbər 19 Fevral 2026 10:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















