Icma.az
close
up
RU
Janat Momınkulov: Astana Bakının yaxın və etibarlı müttəfiqidir

Janat Momınkulov: Astana Bakının yaxın və etibarlı müttəfiqidir

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Astana, 3 iyun, AZƏRTAC

İyirmi il əvvəl Bakı və Astana “Strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında” Müqavilə imzaladılar. O vaxtdan bəri ikitərəfli əlaqələr formal əməkdaşlıq çərçivəsindən kənara çıxaraq Xəzər regionunda sabit siyasi etimad və strateji qarşılıqlı fəaliyyət vektoruna çevrilib.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Avrasiya Milli Universitetinin baş müəllimi, şərqşünas alim Janat Momınkulov ifadə edib.

Onun sözlərinə görə, bu gün iki ölkə arasında əlaqələr sadəcə dostluq bəyannaməsi deyil, həm də düşünülmüş diplomatiya və iqtisadi praqmatizm modelidir. Astana Bakı üçün yaxın və etibarlı müttəfiqdir, həmçinin praqmatik olaraq diplomatik çəkiyə və beynəlxalq nüfuza malikdir.

Alim qeyd edib: “Postsovet məkanında və onun hüdudlarından kənarda gedən mənfi geosiyasi proseslər fonunda Azərbaycan-Qazaxıstan tərəfdaşlığının əhəmiyyəti xeyli artıb. Hər iki türk dövləti fərqli, lakin ardıcıl şəkildə suverenlik, modernləşmə və strateji muxtariyyət məsələlərinə xüsusi diqqət yetirilən çoxvektorlu siyasət yürüdür. Qazaxıstan və Azərbaycanın birgə hərbi dəniz təlimləri tərəflərin regional təhlükəsizliyin təmin edilməsində əməkdaşlıq etmək istəyindən xəbər verir”.

Janat Momınkulov vurğulayıb ki, bu gün Azərbaycan regionda ən dinamik xarici siyasət strategiyalarından birini formalaşdırıb. O əlavə edib: “Bakı siyasi və hərbi-strateji nöqteyi-nəzərindən regional güclərlə - Türkiyə, İsrail, Pakistanla sıx əlaqələr qurmağın nə dərəcədə mümkün və zəruri olduğunu nümayiş etdirir. Beləliklə, Azərbaycan öz strateji maraqlarını qorumaqda nümunə göstərir”.

Ekspertin fikrincə, iqtisadi sahədə Trans-Xəzər marşrutu Mərkəzi Asiya ölkələrinə alternativ logistika və enerji imkanları verir və bu baxımdan xüsusi əhəmiyyət kəsb edir.

“Hər iki ölkə Xəzərdən əməkdaşlıq platforması kimi istifadə etməyə, Avrasiyanın logistika qovşaqlarına çevrilməyə çalışır. Qazaxıstanın Azərbaycan limanlarından keçən ixrac məhsulları Türkiyə və Avropaya göndərilir. Azərbaycan, öz növbəsində, Astana üçün əsas tranzit marşrutuna çevrilir. Bu, qlobal logistika zəncirlərinin yenidən konfiqurasiyası kontekstində xüsusilə vacibdir. Trans-Xəzər dəhlizi Astananı neft və digər malların ixracı üzrə yeni marşrutlarla təmin edə bilər”, -deyə J. Momınkulov bildirib.

Ekspert onu da vurğulayıb ki, ortaq türk kimliyi, o cümlədən iki ölkə xalqlarının suverenliyi və müstəqilliyi möhkəmləndirmək istəyi Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığa yeni məzmun əlavə edir.

“Azərbaycan ilə Qazaxıstan arasında tərəfdaşlıq beynəlxalq münasibətlərin yeni Avrasiya arxitekturasının formalaşmasında əsas amilə çevrilə bilər. Güclər balansının təmin edilməsi və milli maraqların qorunması zərurəti Bakı və Astananı bir-birinə daha da yaxınlaşdırır və bununla da mümkün ittifaq üçün möhkəm zəmin yaradır”, -deyə ekspert sözlərinə yekun vurub.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:112
embedMənbə:https://azertag.az
archiveBu xəbər 03 İyun 2025 17:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see163

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see141

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see139

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see136

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see135

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see133

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see133

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see129

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri