Icma.az
close
up
RU
Bakının etibarlı etimad körpüsü

Bakının etibarlı etimad körpüsü

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

Azərbaycan Cənubi Qafqazı sülhə aparan yolda bütün maneələri aradan qaldırıb

Azərbaycan Prezidenti İlham Əliyevin Xankəndi şəhərində keçirilən III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə səsləndirdiyi fikirlər beynəlxalq ictimaiyyətin diqqətində və dünyanın aparıcı KİV-lərinin gündəmində qalmaqdadır. Çünki Xankəndidən dünyaya verilən mesajlar miqyasına və aktuallığına görə böyük əhəmiyyətə malikdir. Dövlətimizin başçısı xüsusilə Ermənistan–Azərbaycan nizamlanması ilə bağlı suallara konkret və dolğun cavablar verdi, Azərbaycanın xarici siyasətinin prioritetlərini bir daha bölgədə öz maraqlarını güdən kənar aktorların diqqətinə çatdırdı. Bu zaman İlham Əliyev Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması üçün qarşılıqlı etimad mühitinin yaranmasını vacib amillərdən biri kimi önə çəkdi. Bu və digər aspektlərdə suallarımızı beynəlxalq hüquq üzrə ekspert Kəramət Qənbərov cavablandırır.

– Kəramət müəllim, Prezident İlham Əliyev Şuşa Qlobal Forumundakı çıxışında Ermənistanla sülhə nail olmağın yollarından danışarkən bir neçə vacib məqamın üzərində dayandı. Sizcə, ən başlıca məqam hansı idi?

– Azərbaycan 2020-ci il Vətən müharibəsindən sonra Cənubi Qafqazda postmünaqişə dövrünün əsas memarı kimi sülh quruculuğu təşəbbüsləri ilə çıxış edir. Xüsusilə sərhədin delimitasiyası istiqamətində 2024-cü ilin aprelində əldə olunan ikitərəfli razılaşma, Qazaxın anklavdakı 4 kəndinin geri qaytarılması və əsirlərin dəyişdirilməsi ilə bağlı sərgilədiyi konstruktiv mövqe Bakının sülh gündəliyinə sadiqliyini göstərir. Prezident İlham Əliyevin III Şuşa Qlobal Media Forumda qeyd etdiyi kimi, “Biz nə deyiriksə, onu da edirik. reallıq budur”. Bunun fonunda rəsmi İrəvanın davranışı bir çox hallarda ziddiyyətli olur. Ermənistan rəhbərliyi sözlə sülhə dəstək verdiyini bildirsə də, əməldə bunu reallaşdırmağa tərəddüd edir. Çünki həm daxildəki, həm də kənardakı bəzi siyasi və ictimai dairələr sülhə aparan yolda müxtəlif maneələr yaratmağa çalışırlar. Hesab edirik ki, bunlar faydasız cəhdlər və müvəqqəti maneələrdir. Cənab Prezidentin çıxışında xüsusi qeyd etdiyi ən başlıca məqam sülh sazişinin imzalanması üçün Azərbaycanın Ermənistan qarşısında irəli sürdüyü, reallığa və beynəlxalq hüquqa söykənən tələblərinin yerinə yetirilməsinin vacibliyi ilə bağlı idi. Bəli, Bakı İrəvandan möhkəm sülhün gələcəyinə tam təminat almadan hərtərəfli sülh anlaşmasını imzalamayacaq. Bu, birmənalıdır.

– Azərbaycan lideri Şuşa Forumundakı çıxışında Əbu-Dabidə baş tutan ikitərəfli görüş, sülh danışıqlarında əldə olunan müsbət irəliləyiş barədə nikbin fikirlər səsləndirdi...

– Sülh prosesinin Əbu-Dabi mərhələsini, doğrudan da, iki ölkə arasında münasibətlərin normallaşması baxımından dönüş anı adlandırmaq olar. Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüş postmünaqişə dövründə Cənubi Qafqazın gələcəyini müəyyənləşdirən ən mühüm siyasi hadisələrdən biri kimi tarixə düşdü. Bu görüşü və ondan əvvəl sülh sazişinin mətninin tam razılaşdırılmasını şərtləndirən əsas amil Azərbaycanın həm hərbi, həm də diplomatik sahədə əldə etdiyi qəti üstünlüyüdür. Elə sülh sazişinin məzmunu açıq şəkildə onu göstərir ki, bu sənəd Azərbaycanın milli maraqlarına uyğun şəkildə tərtib edilib. Bu, əlbəttə ki, 2020-ci ildə Azərbaycanın qazandığı Zəfərin diplomatik təntənəsidir. Əsas prinsip olan ərazi bütövlüyünün qarşılıqlı şəkildə tanınması Ermənistanın tarixən irəli sürdüyü işğalçı iddiaların rəsmən sona çatması deməkdir. Buna bütün dünya şahidlik elədi. Üstəlik, sülh müqaviləsinin imzalanması üçün Ermənistan konstitusiyasına dəyişikliyin tələb olunması Azərbaycanın hüquqi və siyasi gücünü açıq şəkildə ortaya qoydu. Əbu-Dabi görüşü göstərdi ki, bölgədə artıq Azərbaycanın diktə etdiyi yeni reallıqlar mövcuddur və Ermənistan bu reallıqları qəbul etməyə məcburdur. Azərbaycanın irəli sürdüyü format və şərtlər sülh prosesinin əsasını təşkil edir.

– Amma Ermənistanda heç də hamı ikitərəfli dialoqun nəticələri ilə razılaşmır. Fikrinizcə, hay cəmiyyətində revanşizm meyillərini azaltmaq və aradan qaldırmaq üçün bu gün Paşinyandan nə tələb olunur?

– 2020-ci ilin noyabrından sonra erməni cəmiyyətində revanşist ritorika daha da güclənmişdi. “Qarabağ Ermənistandır” iddiası üzərindən qurulan ideoloji narrativ, həm müxalif, həm də diasporyönümlü mərkəzlərdə hələ də aktuallığını qoruyub saxlayır. 2023-cü ildə Ermənistan Mətbuat Klubu tərəfindən keçirilmiş ictimai rəy sorğusuna əsasən, əhalinin 39 faizi “qisas almaq” ideyasını dəstəkləyirdi. Bu tendensiyaya qarşı durmaq üçün Paşinyan hökumətindən gözlənilən addım, ilk növbədə, sülhyönümlü təbliğatın gücləndirilməsi, təhsil və media siyasətində militarizmdən uzaq, keçmişə deyil, gələcəyə baxan regional əməkdaşlıq diskursunu təşviq etməkdir. Hay cəmiyyətində revanşizm meyillərinin qarşısı yalnız ictimai şüurun transformasiyası ilə alına bilər. Bunun alternativi yoxdur. Prezident Əliyevin də qeyd etdiyi kimi, “Revanşizm təkcə sülhə deyil, Ermənistanın gələcəyinə təhdiddir.”

– Necə fikirləşirsiniz, rəsmi İrəvan sülh prosesini sona çatdırmaq üçün xarici təsirlərdən qurtula biləcəkmi?

– Təəssüf ki, Ermənistanın müstəqil qərar vermə qabiliyyəti hələ də müxtəlif xarici güclərin təsiri altındadır. Avropa İttifaqının müşahidə missiyasının müddətinin uzadılması, eyni zamanda, Rusiya ilə KTMT xətti üzrə ziddiyyətli münasibətlərin hələ də davam etməsi Ermənistanın geosiyasi kursunu qeyri-müəyyən edir. ATƏT-in Minsk qrupunun faktiki olaraq fəaliyyətsizləşməsinə baxmayaraq, bəzi dairələrin onun bərpası ilə bağlı çağırışları da bu asılılıqdan doğur. İrəvanın regionda etibarlı tərəfdaş qismində tanınması üçün bu təsirlərdən uzaqlaşaraq balanslaşdırılmış, suveren xarici siyasət yürütməsi və qonşuları ilə normal əməkdaşlıq qurması zəruridir. Sülh prosesinin uğurlu sonluğa çatması üçün Ermənistan kənar güclərin maraqlarını deyil, regional reallıqları əsas götürməli, geosiyasi rəqabətin alətinə çevrilməməlidir. İndi Nikol Paşinyan hakimiyyəti çıxılmaz vəziyyətə düşüb. İrəvan artıq əmin oldu ki, reallığın inkarı, Bakının sülh təşəbbüslərinə qoşulmada ləngimə və siyasi manipulyasiya yolu ilə beynəlxalq ictimaiyyətdə yanlış rəy yaratmaq cəhdləri iflasa uğrayıb. Rəsmi İrəvan sülhün kənar qüvvələrin maraqlarından və iradəsindən asılı olmadan əldə ediləcəyinə inanmalıdır.

– Yəni yalnız vasitəçisiz, ikitərəfli danışıqların fayda gətirəcəyinə tam əmin olmalı, bundan o tərəfə yolunun qalmadığını görməlidir...

– Bəli, bunu reallıq tələb edir. Son aylar baş verən proseslər – Brüssel, Moskva və Vaşinqton formatlarından fərqli olaraq Abu Dabi görüşündə sülh müqaviləsinin de-fakto paraflanması bir daha göstərdi ki, vasitəçilərsiz, birbaşa danışıqlar daha nəticəyönlüdür. Bu formatın üstünlüyünü Prezident İlham Əliyev hələ 2022-ci ildə vurğulamışdı: “Ən yaxşı nəticələr tərəflərin birbaşa ünsiyyət qurduğu zaman əldə edilir”. Azərbaycan və Ermənistan rəhbərliyi arasında keçirilən tet-a-tet görüş, birbaşa dialoq Cənubi Qafqazda yeni səhifənin başlanğıcı kimi dəyərləndirilir. İndi əsas diqqət Ermənistan konstitusiyasında ziddiyyətli müddəaların aradan qaldırılmasına və sülh sənədinin imzalanaraq ratifikasiya olunmasına yönəlməlidir. Bundan sonra isə ATƏT-in Minsk Qrupunun formal şəkildə ləğvi və tərəflər arasında münaqişə səhifəsinin birdəfəlik bağlanması baş verəcək. Və bu nəticəyə tez çatmağın yolu İrəvanın Bakının yaratdığı etimad mühitinə adekvat addımlar atmasından keçir. Amma təəssüf ki, Ermənistan konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünə qarşı təhdid yaradan müddəaların aradan qaldırılmaması bu etimadı sarsıdır. Görünən odur ki, bu gün İrəvanla sülhə aparan yolun üzərində real təməlli etimad körpüsünü məhz Bakı inşa edir. Bunu da əminliklə deyə bilərik ki, Azərbaycan, bütövlükdə, Cənubi Qafqazı sülhə aparan yolda bütün maneələri aradan qaldırıb. Qalır Ermənistanın bu yola mümkün qədər tez düşməsi...

Söhbəti yazıya aldı:
İmran BƏDİRXANLI
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:470
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 29 İyul 2025 09:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Paşinyanın Moskva səfərinin əsas məqsədi nə olacaq? ŞƏRH

02 Sentyabr 2026 17:44see408

Bakıda ən bahalı, 10 milyon manatlıq evin içində nə var ki? ƏCAİB QİYMƏTLƏR

01 Sentyabr 2026 17:16see263

Azərbaycanı Düşənbədə onlar təmsil edəcək

02 Sentyabr 2026 03:20see261

Goranboyda güclü partlayış oldu

02 Sentyabr 2026 01:20see255

Mərkəzi Bank 230 milyon manatlıq notları hərraca çıxarır

01 Sentyabr 2026 21:38see247

Sənədsiz evlərlə bağlı çıxış yolu hansıdır? AÇIQLAMA

01 Sentyabr 2026 21:07see243

Putinlə Paşinyan arasında mübahisə düşdü

02 Sentyabr 2026 01:17see238

“Bizi udmaq istəyənlər ağzının üstündən zərbə alacaq” Putin Bişkekdə nəyə işarə etdi?

02 Sentyabr 2026 01:56see237

Flik “Barselona”dan ayrıla bilər

02 Sentyabr 2026 03:18see236

Su İdman Sarayında padel tennis kortunun açılışı olub FOTO

01 Sentyabr 2026 23:47see235

Azərbaycanlı aktrisa: İstanbullu gəlin idim, oldum istanbullu turist...

01 Sentyabr 2026 17:33see232

59 yaşlı Nikol qırmızı xalıya şəffaf geyimdə çıxdı

01 Sentyabr 2026 13:37see229

Xalq artisti: Məni ad gününə, toylarınıza da çağırmayın (Video)

01 Sentyabr 2026 15:15see228

Haber Global Prezident İlham Əliyevin Bişkekdə verdiyi mesajlardan bəhs edib

01 Sentyabr 2026 21:51see215

Kəlbəcərin yüksəkliyində yenidən doğulan Zar BÖYÜK QAYIDIŞA SAYILI GÜNLƏR QALDI

03 Sentyabr 2026 12:02see214

Teylor Svift ilk dəfə evlilik məhkəməsi ilə üzləşib...

01 Sentyabr 2026 21:52see212

Azərbaycanda Səhiyyə Menecmenti Forumu keçiriləcək

01 Sentyabr 2026 13:31see211

Cek Qriliş “Mançester Siti”dən “Everton”a qayıtdı

02 Sentyabr 2026 02:48see193

Soyuq hava infarkt və insult riskini artıra bilər Günay İsmayılova

02 Sentyabr 2026 15:27see189

Bülbül Vokal Məktəbinin məzunu Hamburq Musiqi və Teatr Ali Məktəbinə qəbul olunub (Foto)

02 Sentyabr 2026 17:03see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri