Icma.az
close
up
RU
JEK də pul istəyir, bələdiyyə də Hansına ödəyək?

JEK də pul istəyir, bələdiyyə də Hansına ödəyək?

Icma.az, Bizim media portalına istinadən məlumat yayır.

Çoxmənzilli binalarda yaşayan vətəndaşlardan müxtəlif adlarla ödənişlərin tələb olunması tez-tez suallar doğurur. Xüsusilə JEK-ə edilən ödənişlərlə yanaşı bələdiyyə tərəfindən əlavə vergi tələbi mübahisə yaradır. Bu halda əsas məsələ həmin ödənişlərin hüquqi əsasının olub-olmamasıdır.
Bina evində yaşayan şəxslərin torpaq vergisi ödəyib-ödəməməsi qanunidirmi?
Bizim.Media xəbər verir ki, məsələ ilə bağlı vəkil Emil Aslanov “demokrat.az”a bildirib ki, mənzil-kommunal istismar sahəsinə ödənilən ödənişlər oradan istifadə etdiklərinə görə nəzərdə tutulur:
"Bu, dam örtüyünün təmiri, blokların və həyətyanı sahələrin təmizlənməsi, həmçinin zibil haqqını əhatə edir. Bu ödənişləri mənzil-kommunal istismar sahələri yığır və təbii ki, burada vətəndaşlarla müqavilə olmalıdır. Amma bildiyiniz kimi, JEK-lər uzun müddətdir fəaliyyət göstərdiyi üçün sovet dövründən qalan qaydada vətəndaşlardan həmin ödənişləri tələb edirlər".
Vəkil deyib ki, bələdiyyələr bina sakinlərindən torpaq vergisi deyil, əmlak vergisi tələb etmək hüququna malikdir:
"Fiziki şəxslər binalarda əmlak vergisini ödəməlidir və onların xüsusi mülkiyyətində olan evlərin 30 kvadratmetrdən artıq hissəsinin hər kvadratmetrinə görə Bakı şəhəri üzrə müəyyən edilmiş əmsallara uyğun ödənişlər edilməlidir.
30 kvadratmetrə qədər olan hissə isə vergidən azaddır. 
JEK-lərin yığdığı ödənişlər əsasən zibil haqqı, həyətyanı sahələrin təmizlənməsi, blokların rənglənməsi, dam örtüyünün təmiri və saz vəziyyətə gətirilməsi kimi xidmətlərlə bağlıdır. Təbii ki, qeyd edilməlidir ki, JEK-lərin fəaliyyətini dayandırdığı ilə bağlı fikirlər səsləndirilir. Lakin bələdiyyələrin fəaliyyəti tam formalaşmadığı üçün hazırda bu funksiyaları JEK-lər yerinə yetirir. Yəni həmin ödənişlərin yığılması və qarşılığında xidmətlərin göstərilməsi hazırda JEK-lər tərəfindən həyata keçirilir", - deyə o qeyd edib. 
Yəni, JEK-ə ödənilən pul binanın baxımı və zibilin daşınması üçün xidmət haqqıdır, bələdiyyəyə ödənilən isə evin sahəsinə görə hesablanan dövlət vergisidir.
Bizim.Media 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://bizim.media
archiveBu xəbər 17 İyun 2026 08:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see705

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see441

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see266

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see235

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see232

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see214

Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? (Video)

02 Oktyabr 2026 12:50see213

Toyuq bahalaşmada mal əti “yoluyla gedir”: Üstəlik də tapılmır

02 Oktyabr 2026 12:43see212

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see210

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see202

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see200

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see199

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see197

Divanü Lüğat it Türk sərgisi daimi olaraq ziyarətə açıldı: Mahmud Kaşğarinin mirası İssık Göldə yaşadılacaq

02 Oktyabr 2026 12:31see194

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see191

Çağlar Ertuğrulun ev qiymətinə olan saatı (Foto)

02 Oktyabr 2026 21:23see190

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

02 Oktyabr 2026 21:02see189

Kino var, tamaşaçı yoxdur: 12% lik geriləmə

02 Oktyabr 2026 15:01see187

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı FOTO

02 Oktyabr 2026 23:28see186

Levandovski yeddi ildən sonra Polşa millisində het trik etdi

03 Oktyabr 2026 01:39see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri