Suriyalılara inanılmaz təklif: evinizə qayıdın, 27 min avro ödəyək!
Icma.az, Axar.az portalına istinadən məlumat verir.
Danimarka Suriyaya könüllü qayıtmaq qərarı verən hər suriyalı qaçqına 27 min avro vəd edib.
Axar.az xəbər verir ki, bu barədə ölkənin inteqrasiya naziri Kaare Dubvad Bek “Bild”ə müsahibəsində deyib.
O bildirib ki, hər uşaq üçün əlavə 6700 avro da ödəniləcək.
“Danimarkada 45 000 suriyalı yaşayır: 28 000 yetkin, 17 000 uşaq. Hər kəs proqrama müraciət etsə, dövlət təxminən 865 milyon avro ayırmalı olacaq. Hökumət bu addımı haqlı hesab edir, çünki qaçqınların çoxu işsizdir və sosial müavinətlə yaşayır, bu isə uzunmüddətli perspektivdə büdcəyə daha çox xərc yükləyir”, - o bildirib.
Analoji təşəbbüs Almaniyada da müzakirə olunur, ancaq ödəniş 1000 avro nəzərdə tutulur.

Evinizə qayıdın, 27 min avro ödəyək Suriyalılara inanılmaz təklif
15 Dekabr 2024 21:36
Məhəmməd əlBəşir xaricdəki suriyalılara səsləndi Geri qayıdın
11 Dekabr 2024 14:02
Almaniya vətənlərinə qayıtmaq istəyən suriyalılara min avro təklif edib
09 Dekabr 2024 22:27
Suriyanın müvəqqəti baş naziri ƏlBəşir xaricdəki suriyalılara: “Ölkənizə qayıdın”
11 Dekabr 2024 13:48
25 min dollar ödəyək, könüllü istefa verin! Nazirlikdən əməkdaşlara təklif
09 Mart 2025 10:58

