Icma.az
close
up
RU
“Jennifer Lopes Ben Affleki qəlbində yenidən dirçəltmək üçün magiya və ümidə sarılır“ Dünya KİV ləri

“Jennifer Lopes Ben Affleki qəlbində yenidən dirçəltmək üçün magiya və ümidə sarılır“ Dünya KİV ləri

Icma.az, Moderator.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Bu, sadəcə Cennifer Lopezin hekayəsi deyil, bir qadının sevgi ilə mübarizəsinin, ümidlə inamın, gerçəkliyin və sehrin toqquşduğu bir nağıldır..."

Bir vaxtlar Hollivudun ən parlaq hekayələrindən biri idi  Cennifer Lopez və Ben Afflek. Onların baxışları milyonlarla tamaşaçının yaddaşında bir filmin final səhnəsi kimi qalmışdı: bir az sevinc, bir az kədər, bir az da taleyin isrtehzası. Amma indi bu hekayə başqa səmtə yön alıb.

Moderator.az xəbər verir ki, bu barədə "focus.ua" nəşri yazıb.

Unudulmayan məhəbbət

56 yaşlı Lopez artıq bir ildən çoxdur ki, ayrılığın ağrısını içində daşıyır və görünür, bu ağrı onun iç dünyasını dəyişdirib. İnsayderlərin bildirdiyinə görə, o, Beni qaytarmaq üçün rasionallığın sərhədlərini aşaraq sehrə, ulduzlara və qədim rituallara üz tutub.

"O, hələ də inanır ki, onların hekayəsi bitməyib", - yaxınlarından biri söyləyib. Cey Lo indi taro kartlarından tutmuş ay işığı altında dualara qədər hər şeyə inanır. Onun üçün bunlar sadəcə mistika deyil, ruhunun tək ümidi, bir zamanlar itirdiyi sevgi ilə yenidən bağ qurmaq cəhdidir.

Köhnə ev, köhnə xatirələr

Cenniferin hələ də onların birgə aldığı, 68 milyon dollarlıq malikanədə yaşaması təsadüfi deyil. O ev, keçmişin nəfəsini daşıyan divarlar, Afflekin səsi, hər küncdə gizlənmiş xatirələr - hamısı bir növ ruhani bağı təzələyir.

Əmlak mütəxəssisləri ona bu evi satmağı, yeni başlanğıc etməyi məsləhət görsələr də, o, sanki köhnə həyatı buraxmaqdan qorxur. "Bu, artıq təkcə ev deyil, onun içində qalan hisslərin simvoludur," - deyir bir mənbə. "O çox inadkardır, amma elə bu inad onu həm zirvəyə qaldırdı, həm də şəxsi həyatında tələyə saldı".

Bəziləri isə iddia edir ki, Lopez bəzən Beni unutmaq əvəzinə, onu xatırlatmağın yollarını axtarır. Məsələn, yaxınlarda o, Afflekin 13 yaşlı oğlu Semyuel ilə Beverli-Hillzdə alış-veriş edərkən görünüb. Qısatop və aşağıbel şalvar - Cennifer yenə də diqqət çəkməyi bacarırdı. Bəlkə də o, sadəcə keçmişə bir salam göndərirdi.

Sevginin sehrində və tənha qadının susqunluğunda

Cennifer Lopezin sevgisi həmişə teatr səhnəsi kimi olub - parıltılı, dramatik, səmimi. Amma indi bu səhnədə yalnız o qalıb. Hər gecə yanıb-sönən şamlar, tüstülənən adaçayı, səssiz dua - hamısı bir qadının ürəyində qalan inamın səsi kimidir. Bəlkə də bu, sadəcə sevginin sehrinə aldanmış bir qadının mübarizəsidir.

Bəlkə də bu, iki insanın taleyində hələ yazılmamış son səhnənin axtarışıdır. Amma bir şey dəqiqdir: Cey Lo hələ də o eyni qadındır - sevdiyinə sonadək inanan, ayrılığı qəbul etməyən və taleyinə "bitdi" deməkdən imtina edən qadın. Bu, sadəcə Cennifer Lopezin hekayəsi deyil. Bu, bir qadının sevgi ilə mübarizəsinin, ümidlə inamın, gerçəkliyin və sehrin toqquşduğu bir nağıldır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:221
embedMənbə:https://moderator.az
archiveBu xəbər 23 Oktyabr 2025 23:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri