Jerar Martin “Real”ın transferlərindən danışdı: “Məni maraqlandırmır”
Icma.az, Idman.biz portalına istinadən məlumat verir.
İspaniyanın “Barselona” futbol komandasının müdafiəçisi Jerar Martin Madrid “Real”ının transfer siyasətinin onu maraqlandırmadığını bildirib.
İdman.Biz “Cadena SER”ə istinadən xəbər verir ki, 24 yaşlı futbolçu bu barədə “El Larguero” proqramına müsahibəsində danışıb.
“Düzünü desəm, “Real”ın kimlərlə müqavilə bağlaması məni çox maraqlandırmır. Mən həmişə komandamıza və öz əlimizdə olan məsələlərə fokuslanıram. Qoy istədikləri futbolçuları transfer etsinlər, biz isə hər il etdiyimiz kimi rəqabət aparacağıq”, - deyə Martin söyləyib.
Müdafiəçi “Barselona”nın baş məşqçisi Hansi Flikin ona göstərdiyi etimaddan da danışıb:
“Hansi Fliklə münasibətlərim əladır. O, mənə böyük etimad göstərib və dəstək olub. Özümə inam qazanmağıma və oyunumu inkişaf etdirməyimə imkan yaradıb. Hər dəfə nəsə deyəndə onu diqqətlə dinləyirəm”.
Müdafiəçi almaniyalı mütəxəssisin gənc futbolçular üçün xüsusi rol oynadığını vurğulayıb:
“O, bizim üçün ata kimidir. Xüsusilə də hamımızın gənc olduğunu nəzərə alsaq, bəzən bu rolu üzərinə götürməli olur”.
Martin İspaniya millisində çıxış etməyin də əsas hədəflərindən biri olduğunu bildirib:
“Məqsədim “Barsa”da inkişafa davam etmək, daha sonra isə millidə ilk oyunumu keçirməkdir. Bu hədəf qüvvədə qalır”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:175
Bu xəbər 30 İyul 2026 10:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















