Icma.az
close
up
RU
Kin: “Qarabağ”ın oyunları artıq məni maraqlandırmır”

Kin: “Qarabağ”ın oyunları artıq məni maraqlandırmır”

futbolpress-az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Çempionlar Liqasının pley-off mərhələsinin “Qarabağ” – “Ferentsvaroş” (Macarıstan) oyunundan (2:3) sonra qonaq komandanın baş məşqçisi Robbi Kin jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis media nümayəndələri ilə görüşdə bunları dedi…

– İlk oyundan sonra bu matçla bağlı iddialı danışmışdınız, ancaq nəticə olmadı. Belə danışmaq sizin tərzinizdir, ya Bakıda qələbə qazanacağınızı düşünürdünüz?
– Qələbəyə inanırdıq. Bilirdim ki, çətin oyun olacaq. Oyunçularıma, nəticə qazanacağımıza inanırdıq. Bir qolla uduzduq. Çətin matç oldu. Rəqibi təbrik edirəm. Yaxşı komandaya uduzduq. İmkanlarımız oldu, hədəfə doğru irəliləyirdik, amma təəssüf ki, alınmadı.

– Özünüzü necə hiss edirsiniz?
– Yaxşı vəziyyət deyil. Məğlubiyyəti sevmirəm. Baş məşqçi kimi məğlub olmaq mənimçün ağırdır. Futbolçular istəkli idi. Oyunçularım əllərindən gələn hər şeyi etdilər. Mübarizə aparmaq, qalib gəlmək, iddialı olmaq lazımdır. Bəzi hallarda qələbə alınmır. İdmanda bu nəticələr var. Axmaq qollar buraxdıq. Təhlillər aparacağıq, səhvlərimizə baxacağıq. Bəzi anlarda rəqibə “hədiyyə” də verdik.

– Kadi Borgesin əlinizdən çıxdığına görə təəssüf hissi keçirdiniz?
– Kadi yaxşı oyunçudur, təzyiqlər edir. Onunla çox vaxt keçirməmişəm. Bəlkə də, iki həftə işləmişik. Kifayət qədər vaxtımız olmayıb. Yaxşı oyunçularımız var. Aleks Tot matçdan öncə xəstələnmişdi, bundan əlavə itkilərimiz var idi. Keyfiyyətli oyunçulara sahibik.

– Futbolçu kimi emosional biri olmuşunuz. Baş məşqçi kimi də qollara çılğın reaksiyalar verirsiniz…
– Nə üçün belə düşünürsünüz? Normaldır.

– Futbolçulara baxıb hərəkətlər edirdiniz. Buna görə sual verdim…
– Emosional olmalıyam. Qol vururuqsa, emosional olmalıyıq. Siz də qol verəndə sevinirsiniz, hər kəs skamyadan çıxır. Sizin məşqçiniz qollara sevinmirdi? Məşqçinin robot olmağını istəyirsiz? Bizim də emosiyalarımız var. Həm oyunçular, həm də baş məşqçi qollara emosional reaksiya verə bilər. Bu cür suallarda ehtiyatlı olmaq lazımdır.

– Baş məşqçilər dəyişir, amma “Ferentsvaroş” “Qarabağ”ı keçə bilmir. Düşünmürsünüz ki, “Qarabağ” lənətiniz var?
– Səhv etmirəmsə, ikinci dəfədir uduzuruq. Futboldur. Bunlar məşqçi ilə əlaqəli deyil. Futbol kollektiv oyundur. Vəziyyəti sorğulaya bilmərəm.

– Komandanıza və özünüzə hörmət etməyi bacardınız. Bu “Qarabağ” Çempionlar Liqasında nələr edə bilər?
– Artıq məni maraqlandırmır. “Qarabağ”a uğurlar arzu edirəm. “Qarabağ”ın növbəti oyunları məni maraqlandırmır.

– Mərhələ keçmək üçün nə çatmadı?
– Bəzi hallarda geniş aspektdən baxmaq lazımdır. Büdcə məsələsi və digər məsələlər var. Geniş aspektdən baxmaq lazımdır. Bəlkə də, bəxtimiz gətirmədi. Yaxşı başlamışdıq, gəldiyimdən bəri müəyyən insanlarla düzgün işlər görmüşük. Bunlar vacib şeylərdir.

– Sakit başla düşünsək… Böyük futbol ölkəsinin nümayəndəsi Robbi Kinin kiçik futbol ölkəsi Azərbaycan təmsilçisinə məğlubiyyətini necə şərh etmək olar?
– Bunların karyeramla bağlı əlaqəsi yoxdur. Karyeram önəmlidir, amma indi baş məşqçiyəm. Robbi Kini unutmaq lazımdır. Bunlar artıq Kinin şousu deyil, komanda işidir. Təbii ki, milli komanda haqda da eyni şeyi demək olar. Bizim heyətimizdən 6 futbolçu Macarıstan millisindədir, sizdə isə 3 oyunçu səhv etmirəmsə. Sizin heyətinizdə legionerlər var. Təbii ki, bunlar mənim ölkəmlə bağlı deyil. “Qarabağ”ı Azərbaycan olaraq nəzərə almayaq, çünki heyətlərində əcnəbi oyunçular da var.

Şahin Cəfərov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:168
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 27 Avqust 2025 23:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri