Icma.az
close
up
RU
“JF 17 Thunder”lər erməniləri qorxuya salıb: “Fransız “Rafael”i almalıdırlar”

“JF 17 Thunder”lər erməniləri qorxuya salıb: “Fransız “Rafael”i almalıdırlar”

Tribuna portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Bakı üçün JF-17-nin üstünlükləri mənfi cəhətlərindən daha çoxdur. Birincisi, bu, bir çox Qərb və Rusiya analoqları ilə müqayisədə sərfəli variantdır. Bundan əlavə, belə qırıcıların alınması Azərbaycana Sovet dövründən qalma köhnəlmiş təyyarə parkını yeniləməyə imkan verir”.

Tribunainfo.az xəbər verir ki, bunu hərbi sahə üzrə ixtisaslaşmış RANE şirkətinin direktoru Sem Lixtenşteyn deyib.

Onun sözlərinə görə, JF-17 təyyarələrinin alınması Bakıya Rusiyadan asılılıqdan qurtulmağa imkan verir.

Lixtenşteyn hesab edir ki, sövdələşmə şübhəsiz ki, İrəvanda təşviş yaradacaq. “Ermənistanın son vaxtlara qədər qırıcı təyyarələri olmayıb”.

Şirkət rəhbəri qeyd edib ki, indi arsenalında 40 JF-17 olan Azərbaycan Ermənistan üzərində 10-1-lik üstünlük əldə edəcək. “Ermənistanın nöqteyi-nəzərindən Azərbaycanın genişləndirilmiş donanması Bakı qarşısında onsuz da zəif olan hərbi mövqeyini daha da zəiflədir”.

O vurğulayıb ki, Azərbaycanın Ermənistanın suveren ərazisinə yüksək səslə iddiasına baxmayaraq, hazırda genişmiqyaslı işğal ehtimalı yoxdur. “Bununla belə, sərhəddə insidentlər və lokal eskalasiya tamamilə mümkündür, xüsusən də Bakı Cənubi Sünik vasitəsilə Naxçıvanla birləşmək üçün “Zəngəzur dəhlizi” yaratmağa çalışarsa”.

Lixtneşteyn Ermənistanın atmalı olduğu addımlardan da danışıb. “Ermənistan balansı qorumaq üçün Fransanın “Dassault Rafale” təyyarələrini almalıdır. Lakin buna maliyyə imkanı çatacaqmı? İrəvan variantları nəzərdən keçirsə də, çox güman ki, Hindistanın Su-30MKI-lərini əldə etməyə çalışacaq. Çünki bu fransız Rafales-dən xeyli ucuzdur”.

Fərda Uğur

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:82
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 16 İyun 2025 12:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see201

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see185

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see184

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see180

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see170

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see151

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see150

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see146

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see143

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see141

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see138

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see138

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see136

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see136

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see132

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see131

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see131

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see131

Xankəndi teatrı bərpa edilir 8 milyon sərf olunacaq

27 Dekabr 2025 19:29see125

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri