Icma.az
close
up
RU
Zəfərdən sonra böyük dəyişiklik: Yeni hərbi struktur və JF 17 lər TƏHLİL

Zəfərdən sonra böyük dəyişiklik: Yeni hərbi struktur və JF 17 lər TƏHLİL

Sherg.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan 44 günlük Vətən müharibəsində müasir texnologiyaların, xüsusilə pilotsuz uçuş aparatlarının hərbi əməliyyatlarda geniş tətbiqi ilə diqqət çəkən ölkələrdən biri olub

44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbədən altı il ötür. 2020-ci il noyabrın 8-də Şuşanın azad edilməsi ilə Azərbaycanın hərbi-siyasi tarixində yeni mərhələnin əsası qoyulub. Bu Zəfər yalnız ərazi bütövlüyünün bərpası baxımından deyil, həm də ölkənin hərbi qüdrətinin, siyasi iradəsinin və müdafiə potensialının nümayişi kimi tarixə düşüb. Lakin Qələbədən sonra Azərbaycanın qarşısında duran əsas vəzifə əldə edilən üstünlüyü qorumaq, ordunu yeni təhlükəsizlik reallıqlarına uyğun inkişaf etdirmək idi. Bu baxımdan ötən altı il ərzində ordu quruculuğu dövlət siyasətinin prioritet istiqamətlərindən biri olaraq qalıb. Müdafiə sisteminin təkmilləşdirilməsi, müasir texnologiyaların tətbiqi, peşəkar hərbi kadr hazırlığı və müdafiə sənayesinin inkişafı bu prosesin mühüm tərkib hissələrinə çevrilib. 

Müharibədən sonr Azərbaycanın müdafiə sənayesinin inkişafına xüsusi diqqət yetirməsi də təsadüfi deyil. Ölkənin yalnız hərbi ehtiyaclarını daxili imkanlar hesabına qarşılamağa deyil, eyni zamanda beynəlxalq müdafiə sənayesi bazarında mövqeyini gücləndirməyə çalışması strateji baxımdan əhəmiyyətlidir.

Digər mühüm məqam isə regional təhlükəsizlik məsələsidir. Azərbaycanın hərbi potensialını gücləndirməsi ilk növbədə əldə olunmuş suverenliyin və ərazi bütövlüyünün qorunmasına xidmət edir. Bununla yanaşı, hərbi gücün artması müharibə ritorikasının gücləndirilməsi kimi deyil, mümkün təhdidlərin qarşısının alınması və sülhün təmin olunması üçün çəkindirici amil kimi qiymətləndirilməlidir.

Göründüyü kimi, Azərbaycanın Zəfərdən sonrakı ordu quruculuğu siyasəti yalnız hərbi imkanların artırılması ilə məhdudlaşmır. Bu, həm də texnoloji müstəqilliyin möhkəmləndirilməsi, iqtisadi potensialın genişləndirilməsi və ölkənin beynəlxalq mövqelərinin gücləndirilməsi strategiyasıdır.

Hərbi ekspert Ramil Məmmədli Sherg.az-a bildirib ki, Azərbaycan Ordusunun inkişafını şərti olaraq müharibədən əvvəlki və sonrakı dövrlərə bölmək olar. Onun sözlərinə görə, 44 günlük Vətən müharibəsinə qədər Azərbaycan Silahlı Qüvvələrinin silah və texnika arsenalı, şəxsi heyətin komplektləşdirilməsi, eləcə də hərbi əməliyyatların aparılması istiqamətində hazırlıq sistemi əsasən hücum xarakterli əməliyyatlara uyğunlaşdırılıb:

" Həmin dövrdə Azərbaycan Ordusunun silah və texnika parkının əsas hissəsinin hücum təyinatlı olması xüsusi olaraq vurğulanırdı. 

Vətən müharibəsindən sonrakı dövrdə Azərbaycan Ordusunda bir neçə mərhələdə mühüm islahatlar həyata keçirilib. İlk növbədə, struktur dəyişiklikləri aparılıb ki, bu da Silahlı Qüvvələrin daha çevik, vahid və effektiv fəaliyyət göstərməsinə imkan yaradıb. Quru Qoşunlarının ayrıca struktur kimi formalaşdırılması bu istiqamətdə atılan mühüm addımlardan biri olub.

 Bununla yanaşı Azərbaycan pilotsuz uçuş aparatları sinfinə daxil olan, daha doğrusu Azərbaycan ordusunun silahlı qüvvələrinin balansında olan pilotsuz uçuş aparatlarının komplektləşdiyi ayrıca bir struktur formalaşdı. 

Hazırda Azərbaycan Ordusunun tərkibində pilotsuz uçuş aparatlarından istifadə üzrə ixtisaslaşmış ayrıca struktur fəaliyyət göstərir. Bununla yanaşı, Hərbi Hava Qüvvələrinin modernləşdirilməsi və döyüş aviasiyasının yenilənməsi istiqamətində də mühüm addımlar atılıb. Bu çərçivədə JF-17 tipli çoxməqsədli döyüş təyyarələrinin satın alınaraq Azərbaycan Ordusunun aviasiya parkına daxil edilməsini xüsusi qeyd etmək olar".

Ramil Məmmədli hava hücumundan müdafiə qüvvələrinin də formalaşdırılması və mövcud imkanlarının yenilənməsini ordu quruculuğu istiqamətində həyata keçirilən mühüm tədbirlər sırasına aid edib.

Ekspertin sözlərinə görə, ordu quruculuğu və hərbi potensialın inkişafı heç vaxt dayanmalı olan proses deyil: "Xüsusilə müasir dünyada hərbi texnologiyalar sürətlə dəyişdiyindən silahlı qüvvələrin daim yenilənməsi və yeni çağırışlara uyğunlaşdırılması zəruridir.

Azərbaycan 44 günlük Vətən müharibəsində müasir texnologiyaların, xüsusilə pilotsuz uçuş aparatlarının hərbi əməliyyatlarda geniş tətbiqi ilə diqqət çəkən ölkələrdən biri olub. Sonrakı dövrdə Ukraynada, eləcə də İran, İsrail və ABŞ arasında baş verən hərbi qarşıdurmada müasir texnologiyaların müharibələrin xarakterinə təsiri bir daha özünü göstərib. Azərbaycan Ordusu müharibə təcrübəsindən və dünyada baş verən hərbi proseslərdən əldə olunan nəticələri nəzərə alaraq öz texnoloji və hərbi potensialını daha da gücləndirməyə çalışır".

Ramil Məmmədli quru qoşunlarının, xüsusilə yerüstü əməliyyatların həyata keçirilməsi üzrə ixtisaslaşmış xüsusi təyinatlı bölmələrin şəxsi heyətinin sayının artırılmasını da ordunun inkişafı istiqamətində atılan addımlardan biri kimi qiymətləndirib. Onun sözlərinə görə, bu, Azərbaycan Ordusunun daha peşəkar və hazırlıqlı şəxsi heyətlə komplektləşdirilməsinə xidmət edir. Ekspert hərbi sənaye sahəsinin inkişafının da ordu quruculuğu ilə paralel aparılan proseslərdən biri olduğunu vurğulayıb: "Hazırda Azərbaycanın müdafiə sənayesi sektoru ordunun tələbatına uyğun müxtəlif hərbi təyinatlı məhsullar istehsal etməklə Silahlı Qüvvələrin gücləndirilməsinə töhfə verir. İstehsal olunan hərbi təyinatlı məhsullar yalnız daxili tələbatın ödənilməsi üçün nəzərdə tutulmur, onların bir qismi ixrac edilir. Azərbaycanın hərbi təyinatlı məhsullarına Asiya, Afrika və Amerika qitələrində də maraq və tələbat var. Bu istiqamətlərdə həyata keçirilən satınalmalar ölkənin müdafiə sənayesi məhsullarının beynəlxalq bazarda tanıdılması və ixrac imkanlarının genişləndirilməsi baxımından əhəmiyyət daşıyır".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:187
embedMənbə:https://sherg.az
archiveBu xəbər 07 Noyabr 2026 17:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

23 Noyabr 2026 10:00see318

Azərbaycana qarşı kiberhücumların arxasında kim dayanır, məqsəd nədir? İKT ÜZRƏ MÜTƏXƏSSİS

23 Noyabr 2026 11:10see313

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see302

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see277

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see274

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see268

Pasterin yeni albomu zirvəyə yüksəldi “012”

23 Noyabr 2026 13:50see258

Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?

23 Noyabr 2026 17:32see245

Düz bağırsaq xərçənginin aşkar simptomları

23 Noyabr 2026 17:12see237

Azərbaycan fındığı Çin bazarına çıxarılır

23 Noyabr 2026 12:00see231

Dünya məktəbinin şagirdləri orbitə peyk buraxacaqlar FOTOLAR

23 Noyabr 2026 16:43see231

Fürsətçi… Yunus Oğuz yazır

23 Noyabr 2026 17:46see231

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see226

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see221

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see221

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see209

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see208

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see207

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see206

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri