Jitomirdə Heydər Əliyevlə bağlı məlumat lövhələri quraşdırıldı
Icma.az, Yenisabah portalına istinadən məlumat yayır.
Ukraynanın Jitomir şəhərində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə məlumat lövhələri quraşdırılıb.
"Yeni Sabah" xəbər verir ki, bu barədə məlumat Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin "X" sosial şəbəkə hesabında paylaşılıb.
Məlumata görə, bu təşəbbüs "Ukrayna Azərbaycanlılarının Həmrəylik Konqresi"nin təşəbbüsü ilə həyata keçirilib. Toyuqlu pizza
Bildirilib ki, lövhələr şəhərin mərkəzi - Nebesna Sotnı, İvana Koçerqi və Velika Berdiçevska küçələrində, Jitomir Şəhər Şurasının, Vilayət Dövlət Administrasiyasının, Ukrayna Mədəniyyət Evinin, mərkəzi parkın, məktəblərin və yaradıcılıq mərkəzlərinin yaxınlığında yerləşdirilib.
Bu təşəbbüs sakinlərə və qonaqlara Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmlənməsində və ölkənin beynəlxalq nüfuzunun artmasında oynadığı mühüm rol haqqında geniş məlumat təqdim edib.
Qeyd edək ki, "Ukrayna Azərbaycanlılarının Həmrəylik Konqresi" 2013-cü ildə Ulu Öndər Heydər Əliyevin 90 illiyi münasibətilə yaradılıb, 2014-cü ildə isə Konqresin Mədəniyyət Mərkəzi fəaliyyətə başlayıb. Mərkəzdə ziyarətçilərə Azərbaycanın tarixi, mədəniyyəti, inkişafı, eləcə də Heydər Əliyevin həyat və fəaliyyəti barədə məlumat təqdim olunur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 10 May 2026 17:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















