Joze Mourinyo Fənərin məğlubiyyətindən sonra: Gecələr yata bilməsəm… Xəbər saytı Son xəbərlər və Hadisələr
Icma.az, Baku.ws portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Fənərbağça"nın baş məşqçisi Joze Mourinyo komandasının Avropa Liqasının ümumi mərhələsinin 6-cı turunda "Atletik"lə oyunda (0:2) məğlubiyyətindən danışıb.
BAKU.WS "Championat.com"a istinadən xəbər verir ki, o komandasına xəyanət etməyəcəyini vurğulayıb:
"Biz diqqət mərkəzində qalmalıyıq. Mən heç vaxt futbolçularıma xəyanət etməyəcəyəm. İndi lazım olan şey sakitlikdir. Zədəlilər tezliklə qayıdacaq, bizi yeni matçlar gözləyir. Gecələr yata bilməsəm, axşam "Başakşəhər"lə oyuna hazırlaşmağa başlayacam. Keçid dövründəyik, gələcək üçün qarşımıza qoyduğumuz hədəflərə doğru irəliləyirik.
Azarkeşlərin narazılığına gəlincə, bunu müzakirə edə bilmərəm. Azarkeşlər klubumuzun əsasını təşkil edir və mən sadəcə onlar üçün çalışan bir işçiyəm. Mən onları günahlandırmaq fikrində deyiləm, baxmayaraq ki, biz bu gün bir neçə səhvə yol vermişik", - Mourinyo deyib.
Xatırladaq ki, "Fənərbağça" Avropa Liqasının ümumi mərhələsində 8 xalla 15-ci yerdədir. "Atletik"in 16 xalı var. Valverdenin komandası turnirin yekun cədvəlində liderliyi ələ keçirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 12 Dekabr 2024 09:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















