Icma.az
close
up
RU
“JTI” şirkəti Azərbaycanda “Ploom” cihazını təqdim edir

“JTI” şirkəti Azərbaycanda “Ploom” cihazını təqdim edir

Sia Az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“JTI Caucasus” şirkəti, “JT Group”-un ən yeni və qabaqcıl “Ploom X Advanced” tütün qızdırma sisteminin Azərbaycanda satışa çıxarıldığını elan edir. “Ploom X” cihazı Bakıda seçilmiş satış nöqtələrində və onlayn www.ploom.az vebsaytında təqdim olunacaq.

“Azərbaycanda Ploom-un təqdimatı JTI şirkətinin istehlakçılarımızın dəyişən ehtiyac və gözləntilərinə uyğun innovativ məhsullara investisiya qoymağa sadiqliyini nümayiş etdirir. Biz, az riskli məhsullar sahəsində yolun əvvəlindəyik və qızdırılan tütün kateqoriyasında mövcudluğumuzu genişləndirmək üçün iddialı planlarımız var. Azərbaycan, Qafqaz regionunda bu kateqoriyaya daxil olan ilk ölkədir və bu, bizim üçün əlamətdar bir hadisədir. Məqsədimiz istehlakçılarımız üçün dəyərli anlar yaratmaqla yanaşı, onların və fəaliyyət göstərdiyimiz cəmiyyətin daha yaxşı gələcəyinə töhfə verməkdir”,deyə “JTI Caucasus” şirkətinin baş direktoru Sergey Buksa bildirib.

Azərbaycan “Ploom” cihazını təqdim edən regionun ilk ölkəsidir. Bu təqdimat Yaponiya, Böyük Britaniya, İtaliya, Portuqaliya, Çexiya, Litva, İsveçrə, Polşa, Macarıstan, Rumıniya, İspaniya və digər ölkələrdə uğurla həyata keçirilən təqdimatlardan sonra baş tutur. “JT Group” 2025-2027-ci illər ərzində əsasən tütün qızdırmasistemləri kateqoriyasında olmaqla, dünya üzrə Az Riskli Məhsullar sahəsinə təxminən 650 milyard yapon yeni məbləğində sərmayə qoymağı planlaşdırır.

Yaponiyadan qabaqcıl texnologiya

“Ploom X Advanced” cihazışirkətin texnoloji irsini əks etdirir. HeatFlow™ texnologiyası sayəsində cihaz saniyələr ərzində optimal istilik paylanmasını təmin etməklə yanaşı, tüstüsüz və külsüz daha zəngin təcrübə təqdim edir. Tütün çubuqları isitmə elementi ilə birbaşa təmasa keçmədən, istilik hava axını vasitəsilə ötürülür.

Zərif dizaynı ilə seçilən Ploom X Advanced görünən düymə olmadan hazırlanıb və innovativ “IntuiTouch” sistemi ilə idarə olunur. LED indikatorlar vasitəsilə cihazın istifadəyə hazır olması, batareyanın şarj səviyyəsi və digər göstəricilər aydın şəkildə əks etdirilir.

“Ploom X Advanced” cihazı ilə qısa tanışlıq

Uzunmüddətli sessiyalar: “Ploom X Advanced” cihazı ilə istifadəçilər 5 dəqiqəlik sessiya ərzində istənilən qədər təcrübə yaşaya bilərlər. Asan istifadə və etibarlılıq: Tam şarj olduqda cihazın batareyası 20-dən çox çubuq istifadə imkanı yaradır və USB-C vasitəsilə asanlıqla enerji ilə təmin edilir. Unikal dizayn: “Ploom X Advanced” cihazı öz orijinal, praktik və kompakt dizaynı ilə seçilir. İstehlakçılar müxtəlif rənglər və aksesuarlar arasından seçim edərək fərdiliklərini ifadə edə bilərlər. Müxtəlif tütün qarışıqları: “Sobranie” markalı xüsusi çubuqlar unikal ActivBlend™ və HeatFlow™ texnologiyaları sayəsində intensiv və orijinal tütün təcrübəsi təqdim edir.

“JT” Şirkətlər Qrupunun üzvü olan “JTI” dünyanın 130-dan çox bazarında fəaliyyət göstərən aparıcı beynəlxalq tütün şirkətidir. Şirkət “Winston” və “Camel” kimi dünya üzrə ikinci və üçüncü ən böyük siqaret markalarının sahibidir. Digər qlobal markalara “MEVIUS” və “LD” daxildir. “JTI” həmçinin “Ploom” qızdırılan tütün cihazı, “Logic”veypinq cihazı və “Nordic Spirit” nikotin yastıqları ilə Az Riskli Məhsullar kateqoriyasında güclü mövqeyə malikdir. Baş ofisi İsveçrənin Cenevrə şəhərində yerləşən şirkətin 46,000-dən çox əməkdaşı var və 2025-ci ildə ardıcıl olaraq on birinci dəfədir ki, “Qlobal Ən Yaxşı İşəgötürən” (“Global Top Employer”) adına layiq görülüb. Ətraflı məlumat üçün: www.jti.com.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:644
embedMənbə:https://sia.az
archiveBu xəbər 24 Aprel 2025 14:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see339

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see329

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see321

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see312

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see307

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see299

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see293

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see282

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see275

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see271

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see251

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see234

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see231

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see222

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see219

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see214

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see196

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see187

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see181

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri