Icma.az
close
up
RU
“JTI” şirkəti Azərbaycanda yeni nəsil “Ploom AURA” cihazını təqdim edir

“JTI” şirkəti Azərbaycanda yeni nəsil “Ploom AURA” cihazını təqdim edir

Icma.az, Lent az portalına istinadən məlumatı açıqlayır.

“JTI Caucasus” şirkəti, ötən il Azərbaycanda uğurla start götürən “Ploom” tütün qızdırma sistemləri xəttinin ən yeni üzvü – “Ploom AURA” cihazının ölkədə rəsmi satışına başlanıldığını elan edir. “Ploom X Advanced” modelinin yüksək nəticələri fonunda, JTI-nin ən innovativ cihazı olan Ploom AURA Bakı şəhərindəki seçilmiş satış nöqtələrində və onlayn olaraq rəsmi www.ploom.az  vebsaytında təqdim olunacaq.

“Ötən il Azərbaycanda ‘Ploom X Advanced’ cihazının təqdimatı ilə qızdırılan tütün kateqoriyasında innovativ bir başlanğıc etdik və qısa müddətdə istehlakçılarımızın yüksək etimadını və rəğbətini qazandıq. Bazarda əldə etdiyimiz bu böyük uğur və yaranan güclü tələbat bizə bu kateqoriyadakı varlığımızı daha da genişləndirmək üçün əla bir zəmin yaratdı. Bu gün ‘Ploom’ ailəsinin ən son texnoloji üstünlüklərə və erqonomik dizayna sahib yeni üzvü – ‘Ploom AURA modelini Azərbaycan istehlakçılarına təqdim etməkdən qürur duyuruq. Bu addım JTI şirkətinin az riskli məhsullar sahəsinə, keyfiyyətə və fəaliyyət göstərdiyimiz cəmiyyətin innovativ gələcəyinə olan sadiqliyinin növbəti bariz göstəricisidir”, deyə “JTI Caucasus” şirkətinin baş direktoru Tomas Adams bildirib.

Azərbaycan, Ploom markasının ən son innovasiyalarının tətbiq olunduğu strateji bazarlardan biri kimi mövqeyini möhkəmləndirməyə davam edir. Bu təqdimat, brendin Yaponiya, Polşa, İtaliya və Çexiya da daxil olmaqla, təxminən 30 bazarda əldə etdiyi davamlı inkişafın növbəti mərhələsidir. 2026–2028-ci illər ərzində JT Group dünya üzrə azaldılmış riskli məhsullara, ilk növbədə isə qızdırılan tütün məhsulları kateqoriyasına təxminən 800 milyard yapon yeni həcmində investisiya yatırmağı planlaşdırır.

Yaponiyadan Üstün Texnologiya və Erqonomik Dizayn

“Ploom AURA” cihazı Yaponiyanın qabaqcıl texnoloji irsini və estetikasını özündə birləşdirir. Təkmilləşdirilmiş HeatFlow™ texnologiyası sayəsində cihaz tütün çubuqları ilə isitmə elementi arasında birbaşa təmas yaratmadan, istiliyi hava axını vasitəsilə bərabər şəkildə paylayır. Bu isə tüstüsüz, külsüz, unikal və daha zəngin tütün təcrübəsini təmin edir.

Cihaz vizual olaraq minimalist, erqonomik və zərif dizayn xətlərinə sahibdir. Rahat istifadə üçün optimallaşdırılmış idarəetmə interfeysi və LED indikatorlar vasitəsilə batareyanın səviyyəsi, cihazın istifadəyə hazır olması və digər vacib göstəricilər istifadəçiyə aydın şəkildə ötürülür.

“Ploom Aura” cihazının əsas üstünlükləri:

Təkmilləşdirilmiş sessiyalar: Cihaz optimal temperatur rejimi, fərdiləşmiş qızdırma rejimləri və xüsusi vaxt idarəetməsi ilə hər bir sessiya zamanı stabil və zəngin dad təcrübəsi təqdim edir. Yüksək batareya performansi və etibarlılıq: Tam şarj olunduqdan sonra batareya ardıcıl və uzunmüddətli istifadə imkanı yaradır. Müasir USB-C portu vasitəsilə sürətli enerji yığma funksiyasına malikdir. Premium erqonomika və fərdilik: Ələ mükəmməl oturan kompakt dizaynı və müasir rəng seçimləri ilə istifadəçilərə öz fərdi üslublarını vurğulamaq imkanı verir. Eksklüziv tütün qarışıqları: “Sobranie” markalı xüsusi tütün çubuqları unikal ActivBlend™ və HeatFlow™ texnologiyalarının sinergiyası sayəsində balanslaşdırılmış, intensiv və orijinal dad keyfiyyəti bəxş edir.

Əlavə məlumat üçün əlaqə:

JTI Azərbaycan

Korporativ Əlaqələr və Kommunikasiya

+994 512307817

[email protected]

JTI haqqında: “JT” Şirkətlər Qrupunun üzvü olan “JTI” dünyanın 130-dan çox bazarında fəaliyyət göstərən aparıcı beynəlxalq tütün şirkətidir. Şirkət “Winston” və “Camel” kimi dünya üzrə ikinci və üçüncü ən böyük siqaret markalarının sahibidir. Digər qlobal markalara “MEVIUS” və “LD” daxildir. “JTI” həmçinin “Ploom” qızdırılan tütün cihazı, “Logic” veypinq cihazı və “Nordic Spirit” nikotin yastıqları ilə Az Riskli Məhsullar kateqoriyasında güclü mövqeyə malikdir. Baş ofisi İsveçrənin Cenevrə şəhərində yerləşən şirkətin 46,000-dən çox əməkdaşı var və qlobal miqyasda ardıcıl olaraq “Qlobal Ən Yaxşı İşəgötürən” (“Global Top Employer”) adına layiq görülən qabaqcıl şirkətlərdəndir. Ətraflı məlumat üçün: www.jti.com.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:215
embedMənbə:https://lent.az
archiveBu xəbər 09 İyun 2026 11:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see416

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see347

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see343

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see313

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see312

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see303

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see301

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see300

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see293

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see284

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see274

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see273

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see263

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see259

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see254

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see250

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see245

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see243

Rusiyanın avtobus nəhəngi iflas həddindədir...

24 Noyabr 2026 20:51see232

Sabahdan hava dəhşət soyuyacaq

24 Noyabr 2026 17:39see232
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri