Julia Behbudovanın Dezdemona obrazı ABŞ da tamaşaçıların qəlbini fəth edib
Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakı, 27 may, AZƏRTAC
ABŞ-ın məşhur West Bay Opera Teatrının səhnəsində istedadlı opera ifaçısı, beynəlxalq müsabiqələr laureatı Julia Behbudova parlaq bir uğura imza atıb. O, Cüzeppe Verdinin ölməz "Otello" operasında Dezdemona obrazını böyük ustalıqla canlandıraraq tamaşaçıların qəlbini fəth edib.
AZƏRTAC xəbər verir ki, tamaşa teatr tənqidçilərinin diqqətindən yayınmayıb və onlar tərəfindən yüksək qiymətləndirilib.
Julia Behbudovanın incə ifası və səhnə duyumu seyrçiləri valeh edib, onun yaratdığı Dezdemona obrazı emosional gücü ilə uzun müddət yaddaşlardan silinməyəcək bir təəssürat yaradıb.
İyunun 1-ə qədər tamaşanın dörd dəfə oynanılması nəzərdə tutulub.
Qeyd edək ki, Julia Behbudova dünyaşöhrətli sənətkarımız Rəşid Behbudovun ailə üzvüdür. Nəvə Rəşid Behnudovun həyat yoldaşıdır. Gənclər dördüncü ildir ki, ABŞ-da yaşayırlar. Fransa, İtaliya, İspaniya və Rusiya səhnələrində yaddaqalan çıxışları ilə tanınan Julia Behbudova hazırda ABŞ-da aparıcı teatrlarla əməkdaşlıq aparır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 27 May 2025 17:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















