Icma.az
close
up
RU
Menu

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Tənhalığın çox asan müalicəsi

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Şeirlərimiz dünya liderlərinin qəlbini FƏTH EDİR

Şeirlərimiz dünya liderlərinin qəlbini FƏTH EDİR

Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycan şairlərinin şeirləri zaman-zaman dünya liderlərinin dilindən səslənərək siyasi  rezonans yaradıb. Bu cür hadisələr Azərbaycan poeziyasının gücünü və onun yaratdığı təsiri göstərir.

İkinci Qarabağ müharibəsindən sonra 2020-ci ilin dekabrında Bakıda keçirilən Zəfər paradında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Arazı ayırdılar” misralarını səsləndirmişdi. Cənubi və Şimali Azərbaycanın birliyinə işarə edən bu şeir İranın rəsmi dairələrində narazılıqla qarşılanmış, Tehran-Ankara münasibətlərində gərginliyə səbəb olmuşdu. İran Xarici İşlər Nazirliyi Türkiyəyə nota vermiş, lakin Ankara bu reaksiyanı əsassız saymışdı.

Bunun ardından Türkiyənin Milliyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalı "Ay, Laçın" şeirini səsləndirib. Qeyd edək ki, Ərdoğan Bəxtiyar Vahabzadədən, Hüseyn Caviddən də şeirlər səsləndirib.

2024-cü ildə isə İranda keçirilən prezident seçkilərində iştirak edən Məsud Pezeşkian Azərbaycanlı şair Məmmədhüseyn Şəhriyarın şeirlərini tez-tez səsləndirib. Seçki kampaniyası dövründə dəfələrlə “Heydərbabaya salam” şeirindən parçalar oxuyan Pezeşkian prezident seçildikdən sonra da bu ənənəni davam etdirib. Onun bu addımı İranın azərbaycanlı icması tərəfindən müsbət qarşılanıb.

Bu ilin fevralın 16-da Pezeşkian Təbrizdə keçirilən mədəniyyət həftəsinin bağlanış mərasimində yenidən “Heydərbabaya salam” şeirini oxuyub. Bu zaman bir nəfər ona yaxınlaşaraq nəsə söyləyib. Bu an sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Həmin şəxsin prezidentə nə dediyi tam olaraq bilinməsə də, bəzi mənbələr onun Pezeşkiana Azərbaycan türklərinin haqları ilə bağlı müraciət etdiyini bildirir.

Azərbaycan poeziyasının bu cür hadisələrdə siyasi və mədəni elementə çevrilməsi, onun təkcə ədəbiyyat deyil, həm də bir kimlik və milli şüur məsələsi olduğunu sübut edir.

Modern.az-a danışan deputat Tənzilə Rüstəmxanlı bildirib ki, türkiyəli siyasətçilərin Azərbaycan şairlərinin şeirlərini səsləndirməsi onların ölkəmizə olan sevgisindən və səmimiyyətindən irəli gəlir. İranın indiki prezidenti Pezeşkianın isə Şəhriyyarın “Heydərbabaya salam” şeirindən iki bənd söyləməsi indiyədək görülmüş hadisə deyil:

“Əlbəttə burada siyasi maraq da var, hələ seçki kampaniyası dönəmində İranın indiki prezidenti “Mən türkəm” deyirdi. Ola bilər ki, o özünü Azərbaycan türkü hesab edir və bilir ki, Şəhriyar 30 milyon insan tərəfindən sevilir. Əlbəttə prezident olduqdan sonra Pezeşkianın azərbaycanlıların çox olduğu Təbrizdə bu şeiri oxuması, insanların ürəyində yer etməyə çalışması, Azərbaycana yönəlik münasibətlərin yaxşı olduğunu göstərmək istəməsi ilə də əlaqəli ola bilər”.

Deputat onu da vurğulayıb ki, Azərbaycan şairlərinin şeirlərinin siyasətçilər tərəfindən tez-tez səsləndirliməsi həm də ədəbiyyatımızın möhtəşəmliyindən xəbər verir:

“Şəhriyar böyük şairdir, hər bir halda İran, Türkiyə kimi qonşu ölkələrin tez-tez bu şeirləri oxuması Azərbaycan şairinin yaratdığı möhtəşəm əsərin ürəkləri fəth etməsi ilə əlaqəlidir. Şəhriyar da son 100 ildə Təbrizin yetişdirdiyi ən möhtəşəm xadimlərdən biridir. Əlbəttə Şəhriyar üzərindən xalqın könlündə taxt qurmaq istəyi ola bilər, buna da normal baxıram. Çünki Şəhriyar birləşdirici, o taylı - bu taylı Azərbaycanın həsrətini çəkən, xalqının dərdini şeirə tökən böyük, möhtəşəm şair, fikir adamıdır. Bu Azərbaycan şeirinin möhtəşəmliyinə verilən sayğıdır və bizi narahat etməli deyil, əksinə sevindirməlidir”. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:251
embedMənbə:https://modern.az
archiveBu xəbər 18 Fevral 2025 10:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see599

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see504

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see454

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see327

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see313

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see306

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see299

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see285

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see269

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see261

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see248

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see236

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see232

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see209

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see206

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see206

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see203

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see190

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see190

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri