Icma.az
close
up
RU
Juninyo: “Azərbaycandan gəlib” deyirlər, amma “Qarabağ”…”

Juninyo: “Azərbaycandan gəlib” deyirlər, amma “Qarabağ”…”

Icma.az, Qol.az portalına istinadən məlumatı açıqlayır.

"Qarabağ”ın sabiq hücumçusu Olavio Viera Juninyo Braziliya mətbuatına müsahibəsində həyatı və karyerası barədə bir sıra maraqlı məqamlara toxunub.

QOL.az xəbər verir ki, hazırda “Flamenqo”da oynayan 28 yaşlı hücumçu “Globo” nəşrinə danışıb.

“Mən çox düzgün həyat sürən biriyəm. Həyatda nə edirsənsə, əvəzini alırsan. Mən bu mövqeyə çatmaq üçün çox əziyyət çəkmişəm. Bu, köhnə hekayədir. 15 yaşında evdən çıxırsan, amma insanlar bunu görmək istəmir, sadəcə uğuru görmək istəyirlər. Çəkdiyin əziyyəti bilmirlər. Mən burada olmağa layiqəm. Sosial şəbəkələrə fokuslanmıram, ailəmi və işimi düşünürəm”, – deyə futbolçu  bildirib.

Juninyo daha sonra deyib: “Mən zəhmətkeşəm və heç kim kiməsə layiq olmadığı nəyisə vermir. Məncə, mən bunları haqq etmişəm. “Flamenqı” kimi güclü bir klubda olmaq mənim üçün böyük bir nailiyyətdir. Əminəm ki, əlimdən gələni etsəm, hər şey yaxşı olacaq… Bu seçimi etdiyim üçün peşman deyiləm, çox xoşbəxtəm və uğurlu olacağına inanıram”.

Juninyo 12 yaşında ikən atasını itirib, onun xatirəsini yaşatmağa çalışır: “Atamın tək övladıyam, onun ailəsini tanımıram. Soyadımdakı Viera ona olan hörmətdir. Bu gün həm mən, həm də qızım bu soyadı daşıyırıq. Bu, dünyaya bir mesajdır. Atam həmişə mənə dəstək olub və mən də istəyirəm ki, hər kəs onun adını tanısın. Ona görə də mən Vieira-nın ‘V’sini vurğulayıram – bu, onun izidir, mənim də izimdir, çünki o mənə ən çox dəstək olan insan idi. O, “Vaski da Qama” azarkeşi idi. Romario və digər böyük oyunçuları izləməyə alışmışdı, həmişə məni motivasiya edirdi. Hər zaman deyirdi: “Sən futbolçu olacaqsan”. Onun arzusu gerçəkləşdi”.

Juninyo qeyd edib ki, o, “Atletiko”da (Braziliya) əsasən cinah oyunçusu kimi çıxış edib, amma bəzən 9 nömrə kimi də oynayıb: “Portuqaliyada əsasən cinahda çıxış edirdim, Azərbaycana gedəndə də elə olacağını düşündüm. Amma məşqçi (Qurban Qurbanov - red.) məni 9 nömrə kimi istifadə etmək istədi və mən bu rola çox yaxşı uyğunlaşdım. Komanda hücumameyilli idi, yüksək pressinq edirdi və tez hücuma çıxırdı. Bu, mənim üçün daha yaxşıdır, çünki qola daha yaxın oluram və daha çox imkan yaranır. Mənim xüsusi mövqe seçimim yoxdur, 9 nömrə kimi özümü rahat hiss edirəm”.

Juninyo bunu “Flamenqo”dakı üstünlüyü sayır, çünki orada ön xətdə ciddi rəqabət var. Amma rəqabət onu narahat etmir, əksinə, motivasiya verir.

“Flamenqo”ya gəlməyin çətin olduğunu bilirdim və bu da qərar verməyimin səbəblərindən biri idi. Mən başqa böyük bir klubla (“Sevilya”) da danışıqlar aparırdım. İndi isə mövqeyə görə milli komandamın oyunçusu ilə (Pedro) rəqabət aparıram. Arraskaeta, Pedro, Gerson, Bruno Henrique, Kebolinya… kimi adları əvvəllər televiziyada izləyirdim, indi isə onlarla gündəlik işləyirəm və çox şey öyrənəcəyimi bilirəm. Tək istədiyim sağlam olmaqdır. Onların da sağlam olmasını arzulayıram, çünki bu bir komandadır, “Flamenqo” udursa, hər kəs qalib gəlir” - deyə o bildirib.

Juninyo hazırda ideal fiziki formasına qovuşmağa çalışır, lakin əzələ zədəsi onu hədəfindən uzaqlaşdırıb. O, oyun performansını yüksəltməj üçün vacib saydığı 75 kiloqram çəkiyə çatmağı qarşısına məqsəd qoyub.

“Bura gələndə hər şey dəyişir. Mən uzun illər Braziliyadan kənarda yaşamışam. Orada yemək fərqlidir – məsələn, orada lobya yoxdur (gülür). Mən onunla böyümüşəm. Yemək saatı, öz yeməklərimiz – hər şey fərqli idi və nəticədə bir az çəki aldım. Üstəlik, zədə də oldu. Bura gələndən iki ay keçib və mən dörd kilo almışam. Azərbaycana çatanda 81 kq idim, sonra arıqlayıb 74 kq oldum. İndi yenidən o çəkiyə yaxınlaşmağa çalışıram. Əlavə məşqlər və digər şeylər edirəm. Məşqdən məşqə, oyundan oyuna – daha çox oyun vaxtı alaraq irəliləmək istəyirəm. Özümə inanıram, Filipe (baş məşqçi Felipe Luis) mənə inanır, ətrafımdakı insanlar mənə inanır. Mən təsadüfən burada deyiləm. “Azərbaycandan gəlib” deyirlər. Amma “Qarabağ” Çempionlar Liqası, Avropa Liqasında iştirak edən klubdur… Mən hər hansı sıradan oyunlarda yox, ciddi qarşılaşmalarda oynamışam. Mən bura insanların şübhələri ilə gəldim, amma özümə inanıram və hər şeyin yaxşı olacağını bilirəm”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:308
embedMənbə:https://qol.az
archiveBu xəbər 16 Mart 2025 10:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see525

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see486

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see358

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see278

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see273

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see264

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see261

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see258

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see251

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see236

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see235

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see235

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see231

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see219

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see210

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see206

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see200

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see182

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see173

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri