Icma.az
close
up
RU
Qarabağ rəsmisindən Juninyo açıqlaması

Qarabağ rəsmisindən Juninyo açıqlaması

Icma.az, Qol.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Xəbər verdiyimiz kimi, xarici mətbuatda "Qarabağ"ın hücumçusu Olavio Juninyonun son anda İspaniyanın "Sevilya" klubuna keçməkdən imtina etdiyi barədə məlumatlar yayılıb. Onun karyerasını ölkəsinin "Flamenqo" klubunda davam etdirmək istədiyi bildirilib.

"Qarabağ"ın İdarə Heyətinin üzvü Asif Əsgərov məsələ ilə bağlı QOL.az saytına açıqlama verib. 

O, Juninyo ilə bir neçə klubun yaxından maraqlandığını söyləyib: “Juninyo ilə bir neçə klub maraqlanır. Klublar həm bizimlə, həm də Juninyonun meneceri ilə danışıqlar aparırlar. Juninyonun transferi təkcə onun qərarı ilə həll olunacaq məsələ deyil".

A.Əsgərov 28 yaşlı hücumçunun "Sevilya"ya keçməkdən imtina etməsi haqda xəbrlərə belə münasibət bildirib: "Desək ki, Juninyo “Sevilya”ya keçməkdən imtina edib, düzgün olmaz. Bunu o vaxt deyə bilərik ki, hər üç tərəf razılaşaraq, müqavilə imzalasın, oyunçu isə başqa komandaya keçsin. Sadəcə belədir ki, danışıqlar uzandıqca bir klubun mövqeyi güclənir, digəri isə zəifləyir. Amma bu o demək deyil ki, bir klubun təklifi digərindən zəifdir. İndi vəziyyət elədir ki, hər an hər şey dəyişə bilər. Danışıqların yekunlaşması o deməkdir ki, məsələdə üçtərəfli müqavilə imzalansın. Hazırki durumda isə konkret nəsə yoxdur. Danışıqların növbəti mərhələsindəyik. Yaxın günlərdə hadisələrin inkişafı, danışıqların istiqaməti aydınlaşacaq”.

Xatırladaq ki, Juninyonun "Qarabağ"la müqaviləsi 2028-cı ilin iyununa qədərdir. 28 yaşlı hücumçu Ağdam klubuna 2023-cü ilin yayında "Çavez"dən (Portuqaliya) transfer olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:215
embedMənbə:https://qol.az
archiveBu xəbər 08 Yanvar 2025 16:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Elm və din üz üzə qoyulmamalıdır” TURAL İRFAN

08 Sentyabr 2026 14:20see578

ABŞ də daha heç bir Bombardier satışı olmasın Trampdan çağırış

08 Sentyabr 2026 00:46see265

AFFA prezidenti “Qarabağ”ı təbrik etdi

08 Sentyabr 2026 01:02see263

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

09 Sentyabr 2026 15:51see263

2 günə 5 kilo arıqlamaq mümkündür? Dietoloq açıqladı

07 Sentyabr 2026 20:58see253

Sabiq Qarabağ lı Türkiyədə qalmaqala səbəb oldu

08 Sentyabr 2026 00:48see249

Merih Demiralın ailəsində böhran? Həyat yoldaşının bir hərəkəti diqqət çəkdi

08 Sentyabr 2026 02:36see246

Düyü, kartof və makaronu soyuq yeyin Səbəb

08 Sentyabr 2026 02:10see226

Vaşinqton üçtərəfli Rusiya Ukrayna ABŞ danışıqlarını yenidən başlamağa çalışır

09 Sentyabr 2026 12:17see221

“Ədibin Evi”ndə xarici diplomatlar üçün Azərbaycan mədəniyyət kursları açılıb

08 Sentyabr 2026 18:47see219

Rus alimlər Naftalan yağına alternativ neft yağı kəşf etdilər

08 Sentyabr 2026 16:03see213

Lerikdə 14 kq narkotik aşkarlanıb

08 Sentyabr 2026 02:36see211

Nağı Şeyxzamanlının həyatına işıq salan yeni monoqrafiya

08 Sentyabr 2026 17:45see208

Şəkidə məşhur əyləncə mərkəzində FACİƏ: İki nəfər öldü VİDEO

08 Sentyabr 2026 18:15see208

Üz iflicində inteqrativ müalicə: Biotənzimləyici preparatlar vasitəsilə daha sürətli sağalma

08 Sentyabr 2026 15:59see200

Şəkidə iki nəfərin faciəvi ölməsi ilə bağlı TƏBİB dən AÇIQLAMA

08 Sentyabr 2026 18:51see194

Xərçəng xəstələrinin sayı 67% artacaq

09 Sentyabr 2026 01:01see191

Tramp pop mədəniyyət həvəskarlarının hədəfində Səbəb

08 Sentyabr 2026 15:18see188

Saqqızı udsanız bədəninizə nə baş verir?

08 Sentyabr 2026 21:51see174

YAP xalqa layiqli xidmət nümunəsi yaradıb

08 Sentyabr 2026 22:50see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri