Icma.az
close
up
RU
“Juninyo gəlsə, “yox” demərəm” Qurban Qurbanov

“Juninyo gəlsə, “yox” demərəm” Qurban Qurbanov

Footbal-plus saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Misli premyer-liqasınıın 30-cu turunda “Qarabağ” evdə “Turan Tovuz”a qalib gəldi - 2:1.

“Football-plus.az” ağdamlıların baş məşqçisi Qurban Qurbanovun oyunsonrası mətbuat konfransından hesabatı təqdim edir.
- Futbolçularımı təbrik edirəm. Yorğun qrafikdə oyunlarımız keçir. Bu qələbə vacib idi. Daha vacib olan sona kimi dözmək idi. Xarakter göstərdilər. Hər iki komandanın azarkeşlərinə təşəkkür edirəm.
- Musanın zədəsi nə dərəcə ciddidi?
- Vaxt lazım olacaq. Məşqdə bu zədəni hiss etmişdi. Dünənki məşqdə sanki normal idi. Sabah müayinə olacaq. Azca xroniki zədə idi.
- Buraxdığınız qolda qapıçının səhvi var idi, yoxsa rəqibin ustalığı əsas oldu?
- Hər ikisi. Baxımlı zərbə endirdi, amma qapıçı da reaksiya verməliydi. Daha rahat oynamaq istədi.
- Sanki zərbəyə hazır deyildi.
- Sanki ciddiyə almadı.
- Ramil bu il cəmi 9 dəqiqə şans qazanmışdı. Bu gün meydana çıxması məşqdə daha yaxşı performansına görədi, yoxsa alternativiniz qalmadı deyə?
- Ramil elə oyunçudu ki, işgüzarlığı ilə seçilib. Məşqlərdə problemi yoxdu. Ən yaxşılardandı. Bu gün oyun elə alındı ki, şans verdik.
- İntizam Komitəsi kubokun cərimələrini, sizcə, niyə açıqlamır?
- Nə bilim, bilmirəm. İndi dediz, fikir verdik. Bir də gələn il kubok olacaq (gülür).
- Yayda Juninyonun qayıtmaq ehtimalı var?
- İnanmıram ki, onun gəlmək şansı olsun. Çox yaxşı çempionatda oynayır. Amma gəlsə, “yox” demərəm. Son oyunlarda da yaxşı oynayır. Az vursa da, vacib qollar vurur.
- Yayda ən vacib mövqe sizin üçün hansı olacaq?
- İnanın, ümumi baxırıq. Oyunçu sayına və keyfiyyətinə ehtiyacımız var. Çalışacağıq ki, sayı və keyfiyyəti artıraq. Bu mövsüm çempionat düşündüyümdən daha keyfiyyətli oldu. Daha gərgin oldu. Hər xətdə yeniliyə ehtiyacımız var. Zədəsi, cəzası var - düşünmədiyin hallar olur. Yorulan futbolçular var idi bu gün. Futbolçuların son aylarda rahat olmağa vaxtı yox idi. “Sabah”la üç, “Neftçi” ilə iki oyun, “Turan Tovuz”la oyun.
- “Sabah”ın kuboku qazanmasını istəyirsiz, yoxsa “Zirə”nin?
- Hər iki komandaya uğurlar arzulayıram. Mənə cavabsız sual verdin (gülür).
- Sizcə, Konfrans Liqasında yarımfinal ehtimalınız ola bilər?
- Bizə Konfrans Liqası arzulayırsan? (gülür). Daha yuxarılarda olmaq istəyirik. Böyük futbolu hiss etmək üçün böyük turnirlər daha vacibdi. Avropa Liqasında “Bayer-04” kimi ÇL komandaları da olur. Amma bunu da unutmayaq ki, AL-də ötən mövsüm cəmi 1 qələbə qazandıq, ÇL-də 10 xal qazanmışıq. O heyətlə ÇL-ə düşməyə layiq idik. Zaqrebdəki oyunda hesab başqa olmalıydı. O oyuna qədər mən də arxayın idim ki, qrupa düşəcəyik. Bu zəmanət vermir ki, KL-də şansımız çoxdu. Ölkədən kənarda tam fərqli stress, futboldu. Hər komandanın böyük potensialı, məqsədi var. Xeyirlisi hansıdısa, o da olsun. Nə olacaqsa, gələcəkdə görərik.
MÜZƏFFƏR QULUZADƏ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:173
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 04 May 2026 22:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see315

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see279

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see270

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see269

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see261

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see255

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see250

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see237

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see225

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see224

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see219

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see217

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see206

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see194

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see191

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see190

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see180

Videokolposkopiya ginekologiyada müasir müayinə. VİDEO

18 Oktyabr 2026 08:00see179

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see178

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri