Icma.az
close
up
RU
Qurban Qurbanov: Juninyo getmək istəyir

Qurban Qurbanov: Juninyo getmək istəyir

Apasport portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Misli Premyer Liqasının III turunda təxirə salınmış "Şamaxı" - "Qarabağ" matçı qonaqların minimal hesablı qələbəsi ilə başa çatıb. 

Apasport.az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov oyundan sonra baş tutan mətbuat konfransında oyunla bağlı fikirlərini söyləyib. Daha sonra isə jurnalistlərin suallarını cavablandırıb:

"Futbolçularımı təbrik edirəm. Gərgin oyun oldu. Son saniyələrdə qələbə qolunu vurduq. Məğlub ola da bilərdik. Rəqib çox ağıllı müdafiə olundu, təhlükəli əks-hücumlara çıxırdı. Hətta qol da vurdular. Çox vacib 3 xal qazandıq. Ayxan Abbasovun komandasına qarşı oynamaq heç vaxt asan olmayıb".

- Leroy Mikels kimi futbolçunu komandanızda görmək istəyərsiz?

- Belə oyunçular var. Leroy çox yaxşı futbolçudur. Bəzi oyunçularda olmayan keyfiyyətləri var. Amma hər oyunçunun istənilən komandada oyununun alınması da sual atlındadır. Mikels ən ehtiyatlandığımız futbolçulardan biridir. 

- Qış çempionu olduz. Bu mövsümü əvvəlkilərlə necə müqayisə edərdiz?

- Müqayisə etmək çətin olar. Hər oyunumuz gərgin alınıb. Həmişə ilin sonuna yaxın futbolçuların zədələnməsindən ehtiyatlanmışam. Amma təəssüflər olsun ki, bir neçə futbolçumuz zədələndi. Buna baxmayaraq, liderliyi qoruyub-saxlaya bildik. Bu il qış çempionluğu əvvəlki mövsümlərə baxanda çətin oldu.

- Juninyonun oynamaması transfer söz-söhbərləti ilə bağlıdır?

- Özü dedi ki, neçə gündür transfer söhbətlərinə görə az yatıram, oyuna hazır deyiləm. Səmimiyyətinə görə, ona təşəkkür etdim.

- Baş məşqçi olaraq sizin fikriniz necədir?

- Komandadan gedən hər oyunçu mənim üçün problem yaradır. Çünki yeni gələnlərin uyğunlaşması vaxt tələb edir. Bu, işimə mane olur. Amma "Sevilya" kimi klubdan rəsmi təklifin gəlməsi xoşdur. Klubla danışıqlar gedir. Burada komandanın da marağı olmalıdır. Artıq Avropa bazarına çıxmışıq. Böyük 5-lik ölkələrindən təklif gəlməsi irəliyə doğru addımdır. Bundan sonra bizə, çempionatımıza diqqət daha çox olacaq. Azərbaycan futbolunun Avropa bazarında olması ölkə futbolu üçün böyük addımdır. Biz buna hazır olmalıyıq.

- Futbolçu özü nə düşünür?

- Özünün də istəyi var. Başqa çempionatlardan təklif gələndə Juninyonun özünün çox da marağı olmurdu. İndi deyir ki, təklif gələndən sonra sevincimdən yata bilmirdim. Futbolçu getmək istəyir. Bildirib ki, klub anlaşsa, sevə-sevə gedərəm.

"Kəpəz"in futbolçusu məşqlərə başlayıb Millimizin FIFA reytinqindəki mövqeyi dəyişməyib “Qarabağ”ın komandalarına danışılmış oyunlarla bağlı seminar keçirilib Luis Paçunun durumuna aydınlıq gəlib “Araz-Naxçıvan” üçün seminar keçirilib
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:201
embedMənbə:https://apasport.az
archiveBu xəbər 19 Dekabr 2024 16:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see265

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see177

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see176

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see171

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see171

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see170

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see169

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see168

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see167

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see167

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see166

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see166

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see165

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see165

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see164

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see163

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see162

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see160

Bu gündən əsgərlərin ehtiyata buraxılmasına başlanılıb

01 Oktyabr 2026 09:01see158

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see154
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri