Juninyo: Qarabağdan həm böyük sevinc, həm də kədər hissi ilə ayrılıram AZƏRTAC
Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakı, 15 yanvar, AZƏRTAC
"Hər bir azarkeşə göstərdiyi dəstəyə görə təşəkkür etmək istəyirəm".
AZƏRTAC xəbər verir ki, bu sözləri "Qarabağ"dan ayrılaraq Braziliyanın "Flamenqo" komandasına keçən Olavio Juninyo Ağdam təmsilçisinin mətbuat xidmətinə açıqlamasında deyib.
O bildirib ki, "Qarabağ"da keçirdiyi illər həyatının ən gözəl anları idi: "Bu müddət ərzində çoxlu sevinc yaşadım. Təbii ki, kədərli anlar da oldu. Amma buradan ürəyimdə həm böyük sevinc, həm də kədər hissi ilə ayrılıram. Hər bir oyun, hər bir fürsət üçün və mənə göstərdiyiniz diqqət və qayğıya görə təşəkkür edirəm. Gələcəkdə "Qarabağ"a ən yaxşısını arzulayıram. Ümid edirəm ki, klub qarşına qoyduğu məqsədlərə çatacaq. Azarkeşlərin dəstəyi ilə daha da güclü olacaq. Çox sağ olun".
Qeyd edək ki, Juninyo Ağdam təmsilçisinin heyətində 80 oyunda 42 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Baxış sayı:151
Bu xəbər 15 Yanvar 2025 23:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















